ABŞ nin Türkiyədəki səfirinin Epşteynlə yaxın əlaqələri olub KİV
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın uzun müddətdir etibarlı adamı olan və hazırda ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışan Tomas Barak, Epşteyn 2008-ci ildə yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlərdə ittiham edildikdən sonra belə, illərdir Ceffri Epşteynlə müntəzəm olaraq sıx əlaqə saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi tərəfindən bu yaxınlarda dərc edilmiş sənədlərdən 100-dən çox mətn mesajı və elektron poçtu təhlil edən “CBS News” məlumat yayıb.
Yazışmalara görə Barak, Epşteynin cinayətkar keçmişi barədə məlumatlar geniş yayılsa da, onunla sosial əlaqələrini qoruyub.
“Onların münasibətləri Barak Trampın 2016-cı il kampaniyası üçün fəal şəkildə vəsait toplamağa başlamasında, daha sonra andiçmə komitəsinə rəhbərlik etməsindən sonra, həmçinin o, tez-tez Ağ Evə baş çəkərkən də davam edib”, - deyə nəşr yazır.
Bu mövzuda digər xəbərlər:Qazaxıstanda məmurların Epşteynlə əlaqələri araşdırılır
27 Fevral 2026 14:04
Bill Qeyts Ceffri Epşteynlə əlaqələri barədə ifadə verəcək
10 İyun 2026 17:28
ABŞ nin Türkiyədəki səfirinin Zəngəzur dəhlizi açıqlaması rusları aqoniyaya salıb
15 İyul 2025 02:00
İrəvan ABŞ nin Türkiyədəki səfirinin Zəngəzur dəhlıizi barədə açıqlamalarından narahatdır
14 İyul 2025 21:58
ABŞ ın keçmiş maliyyə naziri Larri Sammers Epşteynlə əlaqələri səbəbindən Harvard Universitetini tərk edir
26 Fevral 2026 15:54
Baxış sayı:140
Bu xəbər 15 Fevral 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















