“Rizəspor”dan ilk qələbə, Nəriman Axundzadənin komandası məğlub oldu
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin “Çaykur Rizəspor” futbol komandası Superliqanın 11-ci turunda “Ərzurumspor”u 2:1 hesabı ilə məğlub edərək cari mövsümdə ilk ev qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, “Çaykur Didi” stadionunda keçirilən qarşılaşmanın qəhrəmanı meydan sahiblərinin qambiyalı hücumçusu Ali Soue olub.
Matça fəal başlayan Rizə təmsilçisi 31-ci dəqiqədə Souenin qolu ilə hesabı açıb. Lakin qonaqların cavabı özünü çox gözlətməyib. 37-ci dəqiqədə İbrahim Diabate fərqlənərək tarazlığı bərpa edib. İlk hissə 1:1 hesabı ilə yekunlaşıb.
İkinci hissədə üstünlüyünü artıran meydan sahibləri 66-cı dəqiqədə yenidən önə keçiblər. Ali Soue ikinci qolunu vuraraq dublunu rəsmiləşdirib və komandasına vacib üç xal qazandırıb.
“Çaykur Rizəspor” cari mövsümdə doğma meydanda keçirdiyi oyunlarda ilk qələbəsini əldə edib.
“Ərzurumspor”un heyətində çıxış edən millimizin hücumçusu Nəriman Axundzadə ehtiyatda qalıb.
Qeyd edək ki, bu nəticədən sonra Rizə təmsilçisi xallarının sayını 14-ə çatdırıb. “Ərzurumspor” da eyni xalla turnir cədvəlində mübarizəsini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 08 Noyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















