ABŞ nin vasitəçiliyi ilə İsrail və Livan arasında yeni danışıqlar başlayır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 23 iyun, AZƏRTAC
ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqların növbəti mərhələsi çərşənbə axşamı günü başlayacaq.
AZƏRTAC xəbər verir ki, CNN-nin məlumatına görə, Dövlət Departamentinin nümayəndəsi sessiya çərçivəsində həm siyasi, həm də hərbi məsələlər üzrə görüşlərin olacağını açıqlayıb.
Məlumata görə, danışıqlar birgə siyasi-hərbi sessiya ilə başlayacaq, ardınca hərbi sessiya keçiriləcək və siyasi raundla başa çatacaq. ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin müşaviri Den Holler və müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Daniel Simmerman rəhbərlik edəcək.
Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, danışıqlar iki ölkə arasında hərtərəfli sülh və təhlükəsizlik razılaşmasının irəli aparılması məqsədilə davam etdirilir. Bildirilir ki, yeni raund Livanda kövrək atəşkəs fonunda baş tutur. Razılaşmaya baxmayaraq, Hizbullah və İsrail tərəfindən davam edən əməliyyatlar ABŞ-İran danışıqlarını pozmaq təhlükəsi yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 İyun 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















