ABŞ nin vitse prezidenti Zelenski ilə görüşəcək
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
ABŞ-nin vitse-prezidenti J.D.Vens fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, konfransda ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da iştirak edəcək.
Qeyd edək ki, dünən Tramp Kelloqun yaxın vaxtlarda Ukraynaya səfər etmək niyyətində olduğunu bildirib. "Bloomberg"in məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Avropaya gözlənilən səfəri çərçivəsində Moskvaya gəlməyi planlaşdırmır. Qeyd edilib ki, Kelloq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynadakı münaqişənin həlli planını hazırlamaq üçün Avropa rəsmiləri ilə görüşəcək və bir sıra Avropa paytaxtlarına səfər edəcək. Agentliyin məlumatına görə, xüsusi nümayəndə həmçinin avropalı müttəfiqlərlə Ukraynada mümkün sülh sazişinin həyata keçirilməsini təmin etmək üçün çəkindirici qüvvələrin yerləşdirilməsində aparıcı rol almaları ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.
Çərşənbə axşamı Tramp deyib ki, o, ABŞ-nin maliyyə naziri Skott Bessenti Zelenski ilə görüşmək üçün Ukraynaya göndərəcək.
Münhen Təhlükəsizlik Konfransı fevralın 14-16-na planlaşdırılıb.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 11 Fevral 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















