Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Evdə hazırlanan şaurma balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər. Mağazadan alınan fastfudun isə tərkibinin nədən ibarət olduğunu və sanitar qaydalara əməl edilib-edilmədiyini hər zaman müəyyənləşdirmək mümkün deyil.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə diyetoloq Larisa Nikitina bildirib.
Mütəxəssisin sözlərinə görə, şaurmanın üstünlüyü onun tərkibinə daxil olan məhsullara nəzarət etmək imkanının olmasıdır. Adətən bu yeməyə ət, tərəvəz və lavaş daxildir. Hazır burgerlərin tərkibi isə qeyri-şəffaf ola bilər. Məsələn, bəzən pendir bitki yağları olan məhsulla əvəz edilir, kotletin keyfiyyətini isə alıcı üçün qiymətləndirmək çətin olur.
Bundan əlavə, ət məhsullarında konservantların və digər əlavələrin həddindən artıq olması sağlamlıq üçün arzuolunmazdır.
“Şaurma düzgün hazırlanarsa və sanitar normalara əməl olunarsa, onun tərkibi kifayət qədər sadə olur: ət, doğranmış tərəvəzlər və lavaş. Buna görə də burgerlə müqayisədə daha üstün fastfud seçimi ola bilər”, - deyə Nikitina qeyd edib.
Ekspert hazır yemək alarkən əsas riskin gigiyena qaydalarının pozulması ilə bağlı olduğunu vurğulayıb. Qida infeksiyalarına yoluxma ehtimalını azaltmaq üçün şaurmanı evdə hazırlamağı tövsiyə edib.
Onun sözlərinə görə, bunun üçün sobada bişirilmiş ətdən, təzə tərəvəzlərdən, qatıq və ya xama əsasında hazırlanmış sousdan istifadə etmək, əlavə nişasta qatmaqdan çəkinmək lazımdır. Yeməyin hazırlanması üçün nazik lavaşdan istifadə etmək olar. Onu dondurucuda saxlamaq mümkündür.
Ekspert tərəvəzləri yeməyi hazırlamazdan dərhal əvvəl doğramağı məsləhət görüb. Onun sözlərinə görə, xüsusilə sous əlavə edilmiş dünənki salat artıq təhlükəli ola bilər.
Baxış sayı:90
Bu xəbər 22 Noyabr 2026 02:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















