ABŞ nin vurduğu nüvə obyektinin yaxınlığında üç krater yaranıb Foto
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin endirdiyi zərbələr nəticəsində İrandakı “Fordo” nüvə obyekti yaxınlığında ən azı üç krater yaranıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə müvafiq peyk görüntülərini təhlil edən “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, görüntülərdə obyektin tunellərinə girişlərin bloklandığı da görünür.
Dağıntının miqyası dəqiqləşdirilməyib.

Qeyd edək ki, bu gecə ABŞ silahlı qüvvələri İranın əsas nüvə infrastrukturlarına koordinasiyalı hücum həyata keçirib. Əməliyyat çərçivəsində Fordo şəhərində yerin dərinliklərində yerləşən nüvə obyektinə altı ədəd GBU-57 tipli bunker əleyhinə bomba atılıb. Bu bombalar yalnız B-2 Spirit bombardmançı təyyarələri ilə daşına bilir və hər birinin çəkisi 13 tondan artıqdır. Hər B-2 təyyarəsi iki belə bombanı daşımaq gücünə malikdir.
Bundan başqa, İranın İsfahan və Natanz şəhərlərində yerləşən digər iki nüvə obyektinə qarşı həyata keçirilən hücumlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin Ohayo sinifli sualtı qayıqlarından buraxılmış 30-a yaxın “Tomahawk” qanadlı raketindən istifadə olunub.
Bu mövzuda digər xəbərlər:İsfahanda bombalanan nüvə obyektinin peyk görüntüləri Foto
28 İyun 2025 19:04
İran ABŞ nin vurduğu nüvə obyektini bərpa edir
28 İyun 2025 09:32
ABŞ açıqladı: Azərbaycan yaxınlığında Kabus ada Foto
02 İyun 2025 17:53
Peyk İsrailin zərbələrindən sonra Natanzdakı nüvə obyektinin fotolarını çəkir FOTO
13 İyun 2025 18:55
Bakı Olimpiya Stadionunun yaxınlığında qəza olub, yolda sıxlıq yaranıb FOTO
22 Sentyabr 2025 19:50
Baxış sayı:117
Bu xəbər 22 İyun 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















