Icma.az
close
up
RU
Статья не опубликована
ABŞ nin yeni İran sanksiyaları: Azərbaycan üçün hansı risklər var? AÇIQLAMA

ABŞ nin yeni İran sanksiyaları: Azərbaycan üçün hansı risklər var? AÇIQLAMA

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Cari ilin mart ayında Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Temmi Brüs brifinqdə bildirib ki, ABŞ administrasiyası Tehrana maksimum təzyiq göstərmək səylərini davam etdirərək İranı neft ixracı imkanından tamamilə məhrum etmək niyyətindədir. Dünən isə ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib. Məsələ ondadır ki, hazırkı ABŞ administrasiyası bir tərəfdən Netanyahu hökumətini İrana qarşı güc tətbiqindən hələlik çəkindirməyə çalışır, digər tərəfdən isə həm İsrailin narahatlıqlarını, həm də beynəlxalq riskləri minimuma endirmək məqsədilə rəsmi Tehranla qapalı danışıqlar aparır və iqtisadi sanksiyaları gücləndirməyə səy göstərir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elməddin Behbud deyib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 2025-ci il aprelin 16-da İran neftinin daşınmasında iştirak edən Çin, Malayziya və Tailand mənşəli bir sıra şirkət və gəmilərə qarşı yeni sanksiyalar tətbiq edib. Bu addım, İranın neft satışından əldə etdiyi gəlirlər vasitəsilə terrorçu qrupları dəstəkləməsinin qarşısını almaq məqsədi daşıyır. Məlumata görə, ümumilikdə 7 şirkət ABŞ Maliyyə Nazirliyinin Xüsusi Təyin Edilmiş Vətəndaşlar və Qadağan Olunmuş Şəxslər (Specially Designated Nationals and Blocked Persons – SDN) siyahısına daxil edilib. Onların arasında Honkonq, Panama və Marşal Adalarından olan hüquqi şəxslər də yer alır. Məlumatda həmçinin bildirilir ki, beş neftdaşıyan gəmi də sanksiyalara məruz qalıb.

Siyasi şərhçi bildirib ki, bu sanksiya siyasəti yeni deyil və bütün səylərə baxmayaraq, İran hərbi sahədə, xüsusilə də nüvə enerjisinin istehsalı istiqamətində ciddi irəliləyişlər əldə edib.

“Bu baxımdan, Tehranın neft satışının məhdudlaşdırılması məqsədilə atılan son addımların tam effektiv olacağına müəyyən skeptisizmlə yanaşmaq zəruridir. Azərbaycan isə Avropanın enerji təchizatında getdikcə daha önəmli rol oynamaqdadır ki, bu da qarşılıqlı maraqlardan qaynaqlanır. Hind okeanı hövzəsində logistik və nəqliyyat sektoruna qarşı tətbiq edilən sanksiyalar təbii ki, neftin qiymətində müəyyən dalğalanmalara səbəb ola bilər. Bununla yanaşı, enerji daşınması sahəsində ciddi qarşıdurmalar da baş verə bilər. Lakin Azərbaycanın mövcud geosiyasi mövqeyi və ABŞ administrasiyası ilə münasibətləri kontekstində qeyd olunan sanksiyaların ölkənin karbohidrogen ehtiyatlarının ixracı baxımından ciddi təhlükə yaradacağı ehtimal olunmur”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 17 Aprel 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see238

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see178

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see154

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri