Icma.az
close
up
RU
ABŞ nin yeni tarif siyasəti Azərbaycan üçün hansı risklər yaradır?

ABŞ nin yeni tarif siyasəti Azərbaycan üçün hansı risklər yaradır?

Icma.az, 525.az saytına istinadən bildirir.

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Azərbaycan məhsullarına tarif tətbiq edib. Sərəncama əsasən, Azərbaycandan ABŞ-yə idxal olunan məhsullara 10 faiz tarif tətbiq olunacaq. Qeyd edək ki, Tramp 100-dən çox ölkəyə qarşılıqlı tariflər tətbiq edib. Tariflər aprelin 3-dən etibarən qüvvədədir.

25 faizlik avtomobil tarifləri artıq qüvvəyə minib və illik 460 milyard dollarlıq idxalı əhatə edir. Bu isə ABŞ-da avtomobil alıcıları üçün minlərlə dollar əlavə xərc deməkdir. Eyni zamanda, Hindistana qarşı da 26 faiz rüsum tətbiq olunub. Bu isə Hindistanın güzəşt gözləntilərini alt-üst edib. Onu da qeyd edək ki, ABŞ Azərbaycandan alınan məhsullara görə də 10 faizlik tarif tətbiq edib.

Dünya ölkələri Trampın bu qərarına qarşıdır və cavab tədbirləri hazırlanacağını bildirirlər.

Ekspertlərin fikrincə, Ağ Ev rəhbərinin bu qərarının dünya iqtisadiyyatını sarsıdacaq, qlobal böhrana səbəb olacaq. Onların sözlərinə görə, ABŞ prezidentinin bu addımları atmasının bir neçə səbəbi var.

ABŞ müflis olmaq ərəfəsindədir, borcu 36 trilyon 600 mlrd. dolları keçib. Hər il ABŞ borclar üzrə tək faizlərə 2 trilyon dollar ödəməlidir. Reyqandan sonrakı hökumətlər ancaq pul çap edərək borcu həm şişirdir, həm də faizləri qaytarırdılar. Belə yanaşma sonsuza qədər ola bilməzdi - Tramp indi pislə, çox pis arasında seçim etdi. Çox pis ABŞ-nin müflis olması, ardınca da bütün dünyanı uzun illərə yayılan iqtisadi tənəzzülə düçür etməsi olardı, pis isə indi ABŞ iqtisadiyyatı bir az daralacaq, qiymətlər bir az yüksələcək, amma yeni tariflərdən büdcəyə 1,2 trilyon, Maskın fəaliyyəti ilə isə büdcəyə ildə 1 trilyon dollar qənaət ediləcək ki, bu vəsait də borcu artırmadan faizləri ödəməyə, hətta yavaş-yavaş borcu azaltmağa xidmət edəcək.

Tariflər orta-uzun müddətdə qalacaqsa, istehsalın yenidən ABŞ-a dönməsinə səbəb olacaq. Bu isə yeni iş yerləri, yeni istehsal gücləri deməkdir. Bir sözlə, tariflər istənilən ölkə ilə danışıqlar üçün vasitədir.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, elan olunan tariflərlə istehlakçıların yükü artacaq. Elə Amerika daxilində də bu, özünü göstərəcək: "Orta və uzun vədədə planın tərkib hissəsi ondan ibarətdir ki, ABŞ-da istehsal lokallaşsın, nəticədə Amerika iqtisadiyyatında yeni yüksəliş yaşansın. Amma indiki dövrdə, yəni qısa vədədə təbii ki, tariflərin artımı qiymətlərin artımına, inflyasiyanın yüksəlməsinə səbəb olacaq. Amma ABŞ digər ölkələrdən fərqli olaraq, bunu tənzimləməyin yollarını daha asan tapa bilər. Söhbət ondan gedir ki, tariflərin artması, dünyada yeni iqtisadi konfiqurasiyanın yaranması, ABŞ-da neft və qaz hasilatının artırılmasına doğru atılan addımlar enerji daşıyıcılarının qiymətini aşağı çəkir. Bununla enerji daşıyıcılarının satış qiyməti ucuzlaşır. Gördük ki, bir günün içərisində neft 73 dollardan 65 dollaradək ucuzlaşdı. Nəticə etibarilə, inflyasiyanın əhaliyə daha az təsir etməsi üçün Amerika daha çox alətə malikdir. Məsələn, neftin qiymətinin düşməsi benzinin qiymətinin düşməsinə səbəb olacaq ki, bu, Amerikada əhalinin məmnuniyyətinə səbəb olacaq. Bu, həm də daşınma xərclərini azaldacaq ki, nəticədə mal və xidmətlərin maya dəyəri düşəcək. Bunun da inflyasiyaya təsirləri olacaq. Eyni zamanda, elektrik enerjisi və təbii qazın da qiymətlərinin ucuzlaşması gözlənilir, ən azı ABŞ daxilində. Nəticədə istehsal stimullaşacaq, daha sərfəli hala gələcək. Bu gün ABŞ-dakı istehsal sahələri elektrik enerjisini və təbii qazı Avropa ölkələrindən 2-2.5 dəfə ucuz alır. Növbəti addımlardan biri təbii ki, istehlakın azalması nəticəsində bir müddətdən sonra qiymətlərin tənzimlənməsi müşahidə oluna bilər. Bu baxımdan, daha qəliz iqtisadi modeli olan ölkələr prosesə tez adaptasiya oluna bilərlər. Nəticədə, bu, dünyada yeni iqtisadi konfiqurasiyanın yaranmasına səbəb ola bilər".

Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatı üçün yeni problemlər yaradacaq: "Düzdür, hələlik o qədər də təhlükəli vəziyyət yoxdur. Azərbaycan neftinin qiymətini ortalama qiymətləndirmək lazımdır. Dünən nefrimizin qiyməti 65 dollara düşübsə, bu o demək deyil ki, ciddi problemlər var. Ortalama qiymət ilin əvvəlindən bəri 75 dollardan da yüksək olub. Ona görə də, hələlik komfortlu zonadayıq. Lakin orta vədədə baxsaq, dünyanın mənzərəsini görsək, neftin qiymətində uzunmüddətli enmələr olması mümkündür. Hətta OPEC+ anlaşmasına daxil olan ölkələr hasilatın artmasına qərar verdilər. Bu, Trampın tarif qərarları ilə üst-üstə düşdü deyə neftin qiymətində enmə oldu. Neftin qiyməti uzun müddət 70 dollardan aşağı qalsa, o zaman Azərbaycan iqtisadiyyatında problemlər yaşanacaq. Oturub fəlakətin gəlməsini, problemlərin yaranmasını gözləmək lazım deyil, hərəkətə keçmək lazımdır. Ölkədə normal iqtisadi mühit yaradılmalıdır. Bu gün Orta Asiya  ölkələrinə belə xarici investorlar Azərbaycandan daha çox gəlirlər. Halbuki Azərbaycanın çox böyük imkanları var, logistik, coğrafi potensialı mövcuddur, əhali üstünlüyü var. Amma xarici investor gəlmir. Xarici investor gəlmirsə, istehsal sahələri yarada bilmiriksə, neftdən asılılığımız acınacaqlı vəziyyətdədirsə, problemlər düzəlməyəcək. Hələlik Azərbaycan iqtisadiyyatının "təhlükəsizlik yastığı" var, Neft Fondunun ehtiyatları var. Amma xərclərimiz də artır axı. Biz torpaqlarımızı işğaldan azad etdik, suverenliyimiz bərpa olundu. Qarabağın dirçəldilməsinə indiyədək 24 milyard manat xərclənib. Bundan sonra ən azı 60-70 milyard manat lazım olacaq. Gəlirlər azalırsa, artan xərcləri nə ilə kompensasiya edəcəyik? Hökumətin bu haqda düşündüyünü görmürəm. Sanki hələ də düşünürlər ki, qlobal iqtisadi dəyişiklik müvəqqətidir və öhdəsindən gələ bilərlər".

Natiq Cəfərlinin dediyinə görə, Azərbaycan iqtisadiyyatının ən zəif nöqtəsi ədalətsiz, rəqabətsiz mühitdir, azad məhkəmənin olmamasıdır: "Bu məsələlər aradan qalxmasa, yaxın illərdə Azərbaycan iqtisadiyyatında problemlərin şahidi olacağıq. Çıxış yolu dediyim məsələləri həll etməkdir. Hesab edirəm ki, indiki məqamda Azərbaycan iqtisadiyyatının inkişafı üçün fürsətlər yaranıb. Çünki böhranlar hər zaman yeni fürsət də yaradır. Məsələn, ABŞ-nin Azərbaycana tətbiq etdiyi tariflər ən aşağı tariflərdir. Demək ki, biz istehsalı artırsaq, Amerika bazarına daha çox məhsul çıxara bilsək, üstünlük qazana bilərik. Hökumət bu üstünlüklərdən istifadə etmək üçün ağıllı sistem qurmalıdır".

İqtisadçı ekspert Xalid Kərimli sözlərinə əsasən, Tramp hakimiyyətinin kütləvi tarif artırma siyasətini dünyanın bütün ölkələrinə tətbiq etməsi birjalarda ciddi təlatümə gətirib çıxarır: "Eyni zamanda, bunun yaradacağı əks tarif tətbiq etmə siyasətləri ciddi narahatlıq yaradır ki, ticarət müharibələri yaransın. Yəni Trampın tətbiq etdiyi tariflərə cavab olaraq, həmin ölkələr, xüsusən Çin, Şərq və Avropa ölkələri əks tarif siyasətinə keçsinlər. Bu da bir neçə istiqamətdə mövcud ola bilər. Tramp hakimiyyətinin qaldırdığı iddialara uyğun olaraq tariflər aşağı salına bilər. Beləliklə, tətbiq edilmiş ölkələrlə qarşılıqlı razılıq nəticəsində Amerikaya tətbiq edilən tariflər aradan qaldırıla bilər. Bununla Tramp hakimiyyəti tətbiq edəcəyi tariflərdən geri çəkiləcək. Bu tariflərin necə hazırlandığı ilə bağlı fikirlər sual yaradır, amma ümumi şəkildə nəticə etibarilə Tramp bütün dünyada tarif elan edib. Narahatçılıq ondan ibarətdir ki, digər ölkələr buna əks tariflər tətbiq edəcəklər və nəticə etibarilə proses qızışacaq. Çünki Tramp tətbiq etdiyi tariflərdə rəqəmləri artıracağının anonsunu verdi''.

Ekspert vurğulayıb ki, tarif müharibəsinin qızışması dünya iqtisadiyyatı üçün heç də arzuolunan deyil: "Ən yaxşı ssenari olaraq ümid edək ki, bu ölkələr razılaşma əsasında məsələni həll edəcəklər. Bu qərar dünya ticarətinin həcminin aşağı düşməsi riskini yaradır. Təbii ki, bu amil ümumdünya iqtisadi artımına və inflyasiyaya da təsir edəcək. Xüsusən tamamlayıcı malların qiymətinin artması dünyada qlobal inflyasiyanın artmasına gətirib çıxara bilər. Bu da öz növbəsində Mərkəzi Bankların faiz dərəcələrinin kəskinləşməsinə səbəb olacaq. Azərbaycana narahat edəcək digər nüans enerji qiymətlərinin enə biləcəyi ilə bağlı narahatlıqdır. Tramp hakimiyyətinin Azərbaycana tətbiq edəcəyi 10 faizlik rüsum ölkəmiz üçün baş ağrısı deyil. Çünki Azərbaycanın hazırda Amerika bazarına ciddi ixracatı yoxdur. Bu rüsumların tətbiqi ölkəmiz üçün simvolik olacaq. Amma bunun dolayı yolla təsirləri, Azərbaycana gələcək baş ağrıları daha əhəmiyyətlidir''.

İqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, tarif siyasəti Trampın hansısa kaprizindən doğan addım deyil: "Bir çoxları bunu Trampın kaprizi kimi qiymətləndirirlər. Lakin bu, belə deyil. ABŞ-nin büdcə kəsirinin həcmi 1,8 trilyon dollar təşkil edir, bu il üçün onun 1,9 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu, ölkə ÜDM-nin 6,4-6,5 faizi deməkdir. Bu, anormal həddir. Normalda maksimum hədd ÜDM-in 3 faizidir. İkinci məsələ, ticarət balansında 1,2 trilyon dollarlıq kəsir var və o da ildən-ilə artır. Nəhayət, üçüncü məsələ, ABŞ-nin dövlət borcu 36 trilyon dollara çatır. Tramp bu xəstəliyin səbəblərini göstərib: ucuz işçi qüvvəsinə görə şirkətlər istehsal müəssisələrini xarici ölkələrə köçürüblər, oradan istehsal olunan məhsullar rüsumsuz ABŞ-a idxal olunur. Beləliklə, ABŞ-nin istehsalı azalır, yaxud zəruri səviyyədə artmır. Digər tərəfdən, texnologiyalara, texnoloji yeniliklərə o qədər aludə oldular ki, real istehsalı və emalı tamam unutdular. Asiya ölkələri - Çin, Cənubi Koreya, Yaponiya bunu etmədi. ABŞ və Avropa isə istehsal və emalı dayanıqlı məşğulluğun, iqtisadi artımın, makroiqtisadi sabitliyin qarantı kimi gözardı etdilər, indi də acı nəticələrini yaşayırlar. Bir sıra digər ölkələr də onlara baxıb sırf texnoloji inkişafa kökləniblər".

Millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan ABŞ-a ixracdan daha çox, ABŞ-dan idxal edir: "2024-cü ildə Azərbaycan ABŞ-dan 1 milyard 617 milyon dollarlıq mal idxal edib, həmin müddətdə Birləşmiş Ştatlara ixracatımız isə cəmi 135 milyon 30 min dollar olub. Bu o deməkdir ki, xarici ticarətdə Birləşmiş Ştatlar ilə 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikik. Bütün bunlarla yanaşı, ötən il əvvəlki il ilə müqayisədə ABŞ-dan idxalımız 1.8, Birləşmiş Ştatlara ixracatımız isə 8.4 dəfə artıb. Yəni ixracatımızın az olmasına baxmayaraq, artım dinamikası çox yüksəkdir. Bu, iş adamlarımız üçün ABŞ-nin yeni ixrac destinasiyasına çevrilməsi anlamına gəlir".

Yeni tariflər daha çox qeyri-neft-qaz ixrac məhsullarına təsir göstərir. "2024-cü ildə qeyri-neft-qaz məhsulları üzrə ABŞ-a ixracatımız 134 milyon 663 min dollar olub. Azərbaycan mənşəli qeyri-neft-qaz məhsulları üzrə isə 55 milyon 949 min dollarlıq ixrac qeydə alınıb. 2024-cü ildə qeyri-neft-qaz məhsulları üzrə ümumi ixracatımızın 3 milyard 356 milyon dollar, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsulları üzrə ümumi ixracatın isə 2 milyard 883 milyon dollar olduğunu nəzərə alsaq, Birləşmiş Ştatlar ilə bu sahədə əməkdaşlığımız heç də yüksək paya malik deyil".

Millət vəkilinin sözlərinə görə, tariflər Azərbaycanın ABŞ-a ixracatına ciddi təsir göstərməsə də, ümumi artım dinamikasına təsir edə bilər: "Bütün hallarda yeni tarif yeni xərc deməkdir. Yəni Birləşmiş Ştatlara ümumi ixracatımızdakı artım faizinin azalacağı istisna deyil. Eyni zamanda, Birləşmiş Ştatlara göndərdiyimiz məhsullar daha çox spesifik olduğu üçün 10 faizlik tarif həmin məhsulların bazardakı mövqeyinə təsir göstərməyə bilər. Amma bütün hallarda, yeni tariflər dünya iqtisadiyyatında yeni mərhələnin başlanması demək olacaq".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see149

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see141

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see137

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see132

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see131

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see128

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see126

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see126

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see121

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see120

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see119

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see116

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see114

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see112

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see111

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see109

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri