ABŞ nin Yunanıstan üzərindən Ukraynaya qaz satmağımızın qarşısını alması müzakirə olundumu?”
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra dövlətlərlə Sazişlərin təadiq edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova müraciət edib: “Öncə deputat həmkarlarımı ABŞ-yə uğurlu səfər münasibətilə təbrik edirəm. Qanun layihəsinə səs verəcəyəm, amma Səməd müəllimdən bir məsələ ilə bağlı münasibət bildirməsini istərdim. Bu da ondan ibarətdir ki, mətbuatdan oxuduğumuza görə, ABŞ Yunanıstan üzərindən Ukraynaya qaz satmağımızın qarşısını alıb. Səməd müəllimin bu barədə məlumatı varmı? Əgər varsa, görüşlər zamanı bu məsələ də müzakirə olundumu?”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 25 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















