ABŞ onlarla ölkənin vətəndaşlarına viza məhdudiyyəti tətbiq edə bilər
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ prezidenti Donald Trampın administrasiyası onlarla ölkənin vətəndaşları üçün genişmiqyaslı səyahət məhdudiyyətlərinin tətbiqini nəzərdən keçirir.
Ölkə.az xəbər verir ki, bu barədə məsələ ilə tanış olan mənbələr və “Reuters” agentliyinin əldə etdiyi daxili xidməti qeydlər məlumat verib.
Xidməti qeydlərdə üç fərqli qrupa bölünmüş 41 ölkənin adı çəkilir. Birinci qrupa daxil olan 10 ölkə, o cümlədən Əfqanıstan, İran, Suriya, Kuba və Şimali Koreya tamamilə viza hüququndan məhrum ediləcək.
İkinci qrupda yer alan beş ölkə isə qismən viza verilməsinin dayandırılması ilə üzləşəcək. Bu məhdudiyyət turistik və tələbə vizalarına, eləcə də bəzi mühacir vizalarına şamil olunacaq, lakin müəyyən istisnalar da nəzərdə tutulur.
Üçüncü qrupa daxil olan 26 ölkə isə ABŞ vizalarının qismən dayandırılması baxımından qiymətləndiriləcək. Bu ölkələrin hökumətləri 60 gün ərzində mövcud çatışmazlıqları aradan qaldırmaq üçün səylər göstərməzsə, məhdudiyyətlər qüvvəyə minə bilər.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 15 Mart 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















