ABŞ Ordusu PROBLEMLƏ ÜZLƏŞDİ VERİLƏN VƏDLƏR TUTULMUR
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin məlumatlarına istinad edir.
Agentlik bildirir ki, ABŞ Ordusu raketlər də daxil olmaqla, ilk LRHW batareyasını ən azı 2026-cı maliyyə ilinin ikinci rübünə qədər yerləşdirə bilməyəcək.
ABŞ ordusunun raket proqramlarından məsul sözçüsü general-leytenant Frank Lozano bildirmişdi ki, ordu bir neçə həftə ərzində LRHW Dark Eagle raketlərini yerləşdirəcək. O, bunun ilk Amerika hipersəs raket sisteminin əməliyyat yerləşdirilməsinin başlanğıcı olacağını bildirib.
ABŞ 2018-ci ildən bəri hipersəs silahlara 12 milyard dollardan çox pul xərcləyib. İlk LRHW batareyasının Vaşinqton ştatındakı Luis-Makkord Hərbi Hava Qüvvələri Bazasında yerləşdirilməsi planlaşdırılır.
Pentaqonun məlumatına görə, Ordu və Donanma üçün hazırlanmış LRHW Dark Eagle raketinin mənzili 3500 km-dir. O, cəmi 16 kq ağırlığında döyüş başlığı daşıyacaq, lakin onun kinetik enerjisi adi raketdən daha böyük dağıdıcı güc təmin edir.
Elvin
Ölkə.az
Baxış sayı:130
Bu xəbər 03 İyul 2026 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















