ABŞ ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ administrasiyası İrandan qaynaqlanan təhlükəsizlik təhdidlərinin artması fonunda Yaxın Şərqdə və ətraf bölgələrdə diplomatik nümayəndəliklərini və hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.
"Cebheinfo.az" xəbər verir ki, “Axios” nəşrinin əldə etdiyi məxfi kəşfiyyat qeydinə əsasən, İranın ABŞ əməkdaşlarına qarşı ölümcül sui-qəsd planları hazırlamaq cəhdlərini əhəmiyyətli dərəcədə artırdığı müəyyən edilib.
Təhdidin miqyasını nəzərə alan ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki bir sıra mühüm səfirliklərdə zəruri olmayan əməkdaşların təxliyəsi və işçi heyətinin sayının azaldılması barədə göstəriş verib.
Bildirilir ki, “Axios” ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleytonun ABŞ dövlət katibi Marko Rubiova təqdim etdiyi kəşfiyyat qeydinə çıxış əldə edib.
Sənəddə qeyd olunub ki, İranın ABŞ vətəndaşlarına qarşı həyata keçirdiyi ölümcül sui-qəsd planları həm Yaxın Şərqdə, həm də bir sıra digər ölkələrdə yekun, son mərhələyə çatıb.
Bununla belə, qeyddə konkret olaraq kimlərin hədəf alındığı və sui-qəsd planlarının xarakteri barədə ətraflı məlumat verilməyib.
Rəsmi şəxslər “Axios” nəşrinə məhz ABŞ-nin Yaxın Şərqdəki səfirliklərinin əməkdaşları ilə bağlı görülən tədbirlərdən danışıblar.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti Livan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və İordaniyadakı səfirliklərdə çalışan əməkdaşların sayının azaldılması barədə göstəriş verib:
“Husilərin hücumları və İrandan qaynaqlanan terror təhdidi səbəbindən fəaliyyətimizi məhdudlaşdırmaq və yalnız zəruri əməkdaşları saxlamaq qərarına gəlmişik”.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 24 Oktyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















