Qarpızı, balqabağı və ananası qabıqlı yeyin!
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Britaniyalı tədqiqatçılar meyvə və tərəvəzlərin zibilə atılan qabıq, toxum və gövdələrinin zəngin lif mənbəyi olduğunu sübut ediblər. Əhalinin cəmi 4 faizinin gündəlik 30 qramlıq lif normasını ödədiyini vurğulayan mütəxəssislər insanları qırağa atılan hissələri istehlak etməyə çağırırlar.
“Qafqazinfo” xəbər verir ki, London Kral Kollecinin alimləri atılan hissələrin yeyilən hissələrdən daha çox lif ehtiva etdiyini üzə çıxarıblar.
Məsələn, 100 qram qarpız qabığı bir dilim çörək qədər (2,10 qram), balqabaq qabığı və toxumu isə bir kasa dənli bitki qədər (9,25 qram) lif verir. Ananas qabığında ətindən 5 dəfə çox lif var, kivi isə qabıqlı yeyildikdə bədənə 50 faiz daha çox lif daxil olur.
Dr. Reyçel Gibson qida qalıqlarını atmağın həm də maliyyə itkisi olduğunu bildirib. Tədqiqatçılar kivi qabıqlarını saxlamağı, brokoli saplaqlarını qovurmağı və ya bibər toxumlarını yeməyə qatmağı təklif edirlər. Buxarda və ya mikrodalğalı sobada bişirmək qida dəyərini maksimum saxlayır.
Diyetoloq Kirsten Cekson məhsulların yaxşıca yuyulmasını və mədə problemləri olanların lifi tədricən artırmasını məsləhət görür. Britaniya Qidalanma Fondu isə zəhərli olan yaşıl kartof və rəvənd yarpaqlarını yeməməyi, sərt toxumları isə uşaqlara verməməyi tapşırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 30 Oktyabr 2026 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















