Icma.az
close
up
RU
ABŞ ordusunun rəhbəri Kiyevə xəbərdarlıq etdi “Müharibədə uduzursunuz”

ABŞ ordusunun rəhbəri Kiyevə xəbərdarlıq etdi “Müharibədə uduzursunuz”

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ ordusunun rəhbəri Den Driskollun Kiyevə səfəri zamanı verdiyi mesaj olduqca sərt olub. O, Ukraynanın cəbhədə vəziyyətinin getdikcə ağırlaşdığını, Rusiyanın hava zərbələrinin intensivləşdiyini və Moskvanın uzunmüddətli müharibə üçün demək olar ki, tükənməz resurslara malik olduğunu vurğulayıb. Driskoll bildirib ki, gözləmək Ukraynanı daha zəif mövqeyə salacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə "NBC News" məlumat verib.

Amerikalı rəsmilər həmçinin etiraf ediblər ki, ABŞ-ın müdafiə sənayesi artıq Ukraynaya lazım olan səviyyədə hava hücumundan müdafiə vasitələri və sursat göndərməkdə çətinlik çəkir. Mənbələrdən birinin sözlərinə görə, Driskollun mesajı qəti olub: “Siz uduzursunuz və sazişi qəbul etməlisiniz”.

Kiyev isə ABŞ-ın təqdim etdiyi ilkin sənədi “faktiki kapitulyasiya” kimi qiymətləndirərək imtina edib. Bu vəziyyət Tramp administrasiyası daxilindəki dərin fikir ayrılıqlarını bir daha üzə çıxarıb: bir düşərgə Ukraynaya daha çox təzyiqi, digər düşərgə isə Rusiyaya sərt sanksiyaları və möhkəm Qərb mövqeyini müdafiə edir. Trampın isə iki yanaşma arasında tərəddüd etdiyi bildirilir.

Cenevrədə aparılan danışıqlardan sonra planın ən mübahisəli müddəaları çıxarılıb və ya yumşaldılıb. Dövlət katibi Marko Rubio sənədi “hər gün dəyişən, canlı plan” adlandırıb. Bu arada Moskva yenilənmiş variantdan narazılığını gizlətməyib.

Kiyev təkmilləşdirilmiş 19 maddəlik plana əvvəlkindən daha pozitiv yanaşır. Ukraynanın Təhlükəsizlik Şurasının katibi Rustem Umerov iki tərəfin “əsas şərtlər üzrə razılığa yaxınlaşdığını” deyib. Zelenskisinin Vaşinqtona səfəri də müzakirə olunur.

Bununla belə, plan Rusiyanın əvvəllər rədd etdiyi digər sülh təkliflərinə daha çox bənzəməyə başlayıb ki, bu da Kreml tərəfinin razılaşma ehtimalını sual altına qoyur.

Ekspertlər xəbərdarlıq edirlər ki, Vaşinqtondakı daxili parçalanma aradan qaldırılmazsa, ABŞ-ın müharibəyə dair vahid xətt formalaşdırması çox çətin olacaq. ABŞ-ın sabiq Ukrayna səfiri Uilyam Teylor bunu belə yekunlaşdırıb: “Bu parçalanma davam etsə, ardıcıl siyasət yürütmək mümkün olmayacaq”.

Tramp və Rubio danışıqlarda “irəliləyiş” olduğunu desələr də, Ukraynanın planı qəbul etməsi üçün qoyulmuş əvvəlki son tarix artıq ləğv olunub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri