ABŞ Pakistanda daha 4 şirkətə sanksiya tətbiq edib İslamabaddan qəzəbli reaksiya
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
ABŞ Pakistanda daha 4 şirkətə sanksiya tətbiq edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib.
Bildirilib ki, Pakistan Milli İnkişaf Kompleksi (NDC), "Akhtar and Sons Private Limited", "Affiliates International" və "Rockside Enterprise" şirkətləri sanksiya siyahısına daxil olunub. Açıqlamada sözügedən təşkilatlar Pakistanın ballistik raket proqramının icrası üçün "material tədarük etmək"də itttiham ediliblər.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Pakistanın belə raket istehsalına can atması narahatlıq yaradır: "Biz narahatlıqlarımızda həmişə aydın davrandıq. Biz bu məsələ ilə bağlı Pakistan rəhbərliyi ilə konstruktiv diloq xəttini açıq saxlayırıq".
Rəsmi İslamabad isə ABŞ-ın növbəti sanksiya qərarını qəzəblə qarşılayıb.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç ABŞ-ın qərarını “qərəzli” adlandırıb: "Bu sanksiyalar ölkəmizin sülh və təhlükəsizlik məqsədinə zidd və qəbulolunmazdır"
Xatırladaq ki, ABŞ bir neçə ay əvvəl də eyn ittihamla 6 şirkəti "qara siyahı"ya salıb.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 19 Dekabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















