ABŞ prezident seçkilərində lider olan Tramp seçiciləri qarşısında çıxış etməyə hazırlaşır Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerika Birləşmiş Ştatlarında (ABŞ) səsvermə bülletenlərinin emalının ilkin nəticələrinə görə seçkilərdə öndə olan prezidentliyə namizəd Donald Tramp yaxın vaxtlarda Florida ştatının Palm Beach şəhərində seçiciləri qarşısında çıxış edə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Tramp konqres mərkəzinə yollanır, hazırda onun tərəfdarları ilkin nəticələrin elan edilməsinin gedişatını izləyirlər. Siyasətçinin mülkü də Palm-Biçdə yerləşir.
Xatırladaq ki, ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərində səslərin hesablanmasına başlanılıb. Əsas namizədlər keçmiş prezident Donald Tramp (Respublikaçı) və hazırkı vitse-prezident Kamala Harrisdir (demokrat). Seçkilərin yekun nəticəsi hələ aydın deyil. Tramp Floridadakı malikanəsindən, Harris isə Hovard Universitetindən nəticələrə baxır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 06 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















