Icma.az
close
up
RU
Qırğızıstanın ekologiya naziri: İqlim maliyyələşdirilməsinə çıxış sadələşdirilməlidir Xəbər saytı Son xəbərlər və Hadisələr

Qırğızıstanın ekologiya naziri: İqlim maliyyələşdirilməsinə çıxış sadələşdirilməlidir Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

"Yaşıl" iqtisadiyyata ədalətli keçid üçün iqlim maliyyələşdirilməsinə çıxış prosedurları sadələşdirilməlidir.

Bunu "Report"a müsahibəsində Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev deyib.

"Bu gün biz "yaşıl" texnologiyalara keçidə başlamışıq. Amma inkişaf etməkdə olan ölkələr hazırkı maliyyələşdirmə səviyyələrinin iqlim dəyişikliyi ilə mübarizə üçün kifayət etmədiyini iddia edir və daha çoxunu tələb edirlər. Eyni zamanda, inkişaf etmiş ölkələr heç də həmişə bu mövqe ilə razılaşmırlar. Əvvəllər illik məbləğlər təqribən 100 milyard ABŞ dolları idisə, bu platformada liderlər maliyyələşmənin 1-5 trilyon ABŞ dollarına qədər ciddi artımın zəruriliyini dilə gətiriblər", - o bildirib.

M.Maşiyev iqlim maliyyələsinin ədalətli bölüşdürülməsi problemini də qeyd edib, çünki vəsaitlərə çıxış getdikcə çətinləşir. "Ədalətli keçid üçün bütün ölkələr "yaşıl" iqtisadiyyatları və texnologiyaları kompleks şəkildə tətbiq etməlidirlər, lakin mövcud prosedurlar yalnız maliyyələşməyə çıxışı çətinləşdirir", - nazir əlavə edib.

Onun sözlərinə görə, COP29-da Qırğızıstan dağ regionları ilə bağlı təşəbbüs təqdim edib, konfransın sonuna bir gün qalmış isə bütün ölkələrin iştirakı ilə dağ ekosistemlərinin müzakirəsinə həsr olunmuş plenar sessiya keçiriləcək. M.Maşiyev qeyd edib ki, Mərkəzi Asiya əsasən dağlıq regionlardan ibarətdir, Qırğızıstan və Tacikistan ərazisinin 90 %-i dağlardır, Qazaxıstan və Özbəkistan kimi ölkələrin su ehtiyatları isə dağlıq regionların buzlaqlarından asılıdır.

"Dağ ekosistemi çox kövrəkdir və iqlim dəyişikliyinə xüsusilə həssasdır. Son 50-70 ildə Qırğızıstanda 1 200 kvadrat kilometr ərazini - yəni ümumi ərazinin 16 %-ni əhatə edən buzlaqlar yox olub. Bu temp davam edərsə, əsrin sonuna qədər buzlaqların böyük bir hissəsi yox olacaq və bu, onmilyonlarla insan üçün su qıtlığına səbəb olacaq. İqlim dəyişikliyi artıq mücərrəd təhlükə deyil, reallıqdır və bunu demək olar bütün ölkələr hiss edir", - nazir vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Noyabr 2024 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see236

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see190

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see150

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see148

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see141

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see138

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see132

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see131

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see131

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see130

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see129

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri