ABŞ prezidentini canlandıracaq
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Məşhur Hollivud ulduzu Tom Henks yeni layihədə rol alacaq.
Axşamm.az xəbər veror ki, o, yazıçı Corc Saundersin eyniadlı romanı əsasında çəkiləcək “Lincoln in the Bardo” filmində ABŞ-nin keçmiş prezidenti Abraham Linkoln obrazını canlandıracaq.
Roman “The New York Times”ın ən yaxşı kitablar siyahısına daxil edilib və 2017-ci ildə "Buker" mükafatına layiq görülüb.
Film Linkolnun bu yaxınlarda vəfat etmiş 11 yaşlı oğlu ilə münasibətlərindən bəhs edəcək. Hadisələrə görə, oğlanın ruhu ölümündən sonra dirilər və ölülər aləmi arasında qalır. Hekayə canlı, ölü, tarixi, həm də uydurma personajların dili ilə təqdim olunacaq.
Ekran işinin çəkilişləri Londonda aparılacaq.
Filmin rejissoru və prodüseri “Anomalisa” filmi ilə tanınan Dyuk Conson olacaq. Ssenarini isə romanın müəllifi özü yazacaq. Tom Henks eyni zamanda layihənin prodüserlərindən biri kimi çıxış edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 24 Fevral 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















