ABŞ razılaşma üçün İrana vaxt qoydu
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
ABŞ administrasiyası İranla 6 aprel tarixinədək razılaşma əldə etməyi planlaşdırır və bu məqsədlə İranın enerji infrastrukturuna zərbələrin müvəqqəti dayandırıldığı bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp daha əvvəl "Truth Social" platformasında paylaşım edərək İranın enerji infrastrukturuna zərbələrin 10 gün müddətinə, 6 aprelədək dayandırıldığını bildirib. Livittdən ABŞ-nin bu müddət ərzində nəyə nail olmaq istədiyi soruşulduqda o qeyd edib ki, Tramp razılaşma əldə etmək istəyir.
“Vaxt getdikcə azalır, cəmi bir neçə gün qalıb. Bu 10 günlük müddət başa çatdıqdan sonra nə baş verəcəyini görəcəyik”, – deyə Ağ Evin sözçüsü əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 31 Mart 2026 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















