Bakıda kütləvi dava ilə bağlı yeni detallar DTX dən əməliyyat
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub.
Gununsesi.info Bakupost.az-a istinadən xəbər verir ki, qətli törədənlərin “Sabunçu Emin” ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub.
Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, dəhşətli cinayətdə öldürülən Ceyhunun isə öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir.
Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə, Elmar Cəfərov, Emin Rəhimov isə qəsdən adam öldürməyə görə saxlanılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 24 Oktyabr 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















