Icma.az
close
up
RU
® ABŞ səfirliyi “Baku Steel Company”də: API sertifikatından sonra yeni üfüqlər

® ABŞ səfirliyi “Baku Steel Company”də: API sertifikatından sonra yeni üfüqlər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin mart və aprel aylarında ABŞ-ın Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə məsul əməkdaşlarından ibarət nümayəndə heyəti “Baku Steel Company” QSC-nin (bundan sonra – BSC) istehsalat sahələrinə bir sıra işgüzar səfərlər edib. Səfər proqramı çərçivəsində nümayəndələr Bakıda yerləşən poladəritmə zavodu, eləcə də Sumqayıt şəhərindəki boruyayma (Azerboru) və ferroərintilər (AzFerAl) istehsalat sahələri ilə tanış olublar.

Səfərin əsas məqsədi şirkətin istehsalat potensialı, istifadə olunan xammal, texnoloji proseslər və məhsul çeşidləri ilə ətraflı tanışlıq, həmçinin BSC məhsullarının ABŞ-a ixrac imkanlarının müzakirəsi olub.

Tərəflər beynəlxalq keyfiyyət standartlarına uyğunluq məsələsinə xüsusi diqqət ayırıblar. BSC Amerika Neft İnstitutu (API) tərəfindən keçirilmiş auditi uğurla keçərək, neft və qaz sənayesi üçün məhsul istehsalçıları üzrə ən nüfuzlu standartlardan biri sayılan API Spec Q1 sertifikatını əldə edib. Bununla yanaşı, şirkət API 5CT və API 5L spesifikasiyaları üzrə monoqramlara da layiq görülüb. Həmin monoqramlar istehsal olunan məhsulların yüksək keyfiyyətə, təhlükəsizliyə və ABŞ bazarının texniki tələblərinə tam uyğunluğunu təsdiqləyir.

BSC-nin Kommersiya direktoru Vüsal Ruzmanov səfərin nəticələrini belə şərh edib: “Azerboru və AzFerAl sahələrində istehsal olunan məhsullar xarici bazarlarda rəqabət qabiliyyətinə malikdir. API monoqramlarının əldə olunması ABŞ bazarına çıxış imkanlarımızı genişləndirib. Hazırda mövcud olan əlverişli gömrük rejimi də nəzərə alınaraq, bu istiqamətdə fəaliyyətimizi daha da intensivləşdirməyi planlaşdırırıq”.

ABŞ səfirliyi səfərlə bağlı rəsmi açıqlamasında bildirib: “ABŞ-ın Bakıdakı səfirliyinin İqtisadi komandası Sumqayıtda yerləşən “Baku Steel Company” boru istehsalı müəssisəsini ziyarət edib. Burada ABŞ-ın neft və qaz sənayesində istifadə üçün tikişsiz borular istehsal olunur və ixrac edilir. Komanda, həmçinin ABŞ polad istehsalçılarına materiallar tədarük edən ferroərintilər zavodu ilə də tanış olub. ABŞ qarşılıqlı rifah naminə iqtisadi inkişafın təşviqi məqsədilə Azərbaycanla əməkdaşlığını genişləndirməyi səbirsizliklə gözləyir”.

Şirkət haqqında

“Baku Steel Company” Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tam istehsalat dövrünə malikdir. Şirkət yüksək keyfiyyətli armaturlar, katankalar (polad məftil), kvadrat və dairəvi pəstahlar, eləcə də tikişsiz borular istehsal edir. Ferroərintilər zavodunda müxtəlif faiz göstəricilərinə malik (FeSi65%, FeSi70%, FeSi75%) və müxtəlif fraksiyalarda (10–50 mm, 10–100 mm və s.) ferrosilisium istehsal olunur. BSC məhsulları həm yerli bazarda böyük tələbatla qarşılanır, həm də Avropa, Afrika, Asiya və Amerika qitələri üzrə 20-dən çox ölkəyə ixrac olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see170

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see155

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see140

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see132

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri