Icma.az
close
up
RU
ABŞ Suriya barədə Türkiyə ilə hesablaşır, İran və Rusiya isə... AÇIQLAMA

ABŞ Suriya barədə Türkiyə ilə hesablaşır, İran və Rusiya isə... AÇIQLAMA

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda Türkiyə və ABŞ arasında Suriya ilə bağlı razılıq mövzusu aktual məsələlərdən biridir. Bu istiqamətdə fərqli fikirlər mövcuddur.

Ümumiyyətlə, Türkiyə-Suriya sərhədində gərginlik azalacaqmı? Rusiya, İran və Suriya hökumətinin bu razılığa münasibəti necə ola bilər? 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Türkiyə uzun illərdir terrordan əziyyət çəkir:

“Suriyanın şimalında olan terrorçu silahlı qruplaşmalar da Türkiyə üçün ciddi problemlər yaradır. İstər indi, istər bundan öncə, hətta bundan sonra da problem davam edə bilər. Türkiyə Əsədin getməsi ilə artıq Suriyada ciddi mövqe qazanıb və möcvud Suriya hökumətinin Türkiyəyə bağlılığı var. Digər tərəfdən, PKK/YPG terrorçu qruplaşmaları Türkiyə üçün ciddi təhdid olmaqla bərabər, həm də Amerikanın birbaşa, Rusiyanın və İranın dolayı yolla dəstəyini almış təşkilatlardır. Əsəddən sonra İran və Rusiyanın Suriyada mövqelərinin itirilməsi son nəticədə ümidlərini bu terror təşkilatlarına bağlamasına gətirib çıxarır. Artıq Türkiyənin qarşısında təkcə Amerika ilə müzakirə aparmaq deyil, həmçinin Rusiya və İran məsələsi də dayanır. Məsələ burasındadır ki, sıx silahlandırma prosesi məhz Amerika tərəfindən aparılır deyə, Türkiyə əsasən onunla danışıqlar aparmağa yönəlib”.

Müsahibimiz qeyd etdi ki, Türkiyə bir tərəfdən mövcud Suriya hökumətinin silahlı qüvvələrinin yenidən qurulmasına dəstək verir, digər tərəfdən Suriya qaçqınlarının doğma yurdlarına qayıtmasına və Suriyanın yenidən dirçəlməsinə çalışır:

“Üstəlik, Amerika ilə danışıqlar aparıb qeyd etdiyim terrorçu qruplaşmalarının oradan çıxarılması istiqamətində işlər görür. Burada öhdəlik ağırdır və asan məsələ deyil. Fikrimcə, Türkiyə bunların öhdəsindən gələcək, buna potensialı da imkan verir. Amma bazarlıq mövzusu nə olacaq? Yəni Amerika “əlini-qolunu sallayıb” oradan çıxmayacaq, İran və Rusiya da Suriyadan geri çəkilməyəcək.Türkiyə və Suriya silahlı qüvvələrinin birgə iştirakı ilə əməliyyat keçirilərək həmin terrorçu qüvvələr oradan çıxarıla bilər. Bunun üçün həm beynəlxalq şərait yaranmalıdır, həm də Suriyanın imkanı çatmalıdır. Düşünürəm ki, məsələ bir az qəliz olsa da, son nəticədə yol tapıla bilər. Yəqin ki, bu istiqamətdə ABŞ-nin yeni hökuməti ilə ciddi müzakirələrdən sonra qərarlar veriləcək. Çünki bunun üzərində çalışmalar aparılır. Nəticədə, Türkiyə bunun üçün ciddi səy göstərəcək”.

Günay Rəsulqızı
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Yanvar 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri