İki azərbaycanlı hakim Avropa Liqasına təyinat aldı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın FIFA referiləri Elçin Məsiyev və Əliyar Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin oyunlarına təyinat alıblar.
“Qafqazinfo” xəbər verir ki, hər iki hakim IV tur çərçivəsində sabah keçiriləcək qarşılaşmaları öz briqadaları ilə idarə edəcək.
35 yaşlı Elçin Məsiyev Belçikada “Anderlext” – “Zaltsburq” (Avstriya) oyununa baş hakimlik edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək, dördüncü hakim Nicat İsmayıllı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
39 yaşlı Əliyar Ağayev İspaniyada “Selta” – “Yunion” (Belçika) görüşünü idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, dördüncü hakim isə Rauf Cabarov olacaq.
Oyun noyabrın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 Noyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















