Dünyada davamlı sülh üçün qətiyyətli qərarların qəbul edilməsi başlıca şərtdir
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
"Günümüzdə beynəlxalq miqyasda mövcud olan ən ciddi problemlərdən biri sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində qəbul edilmiş qərarlar və onların praktiki icrasında yaranan boşluqdur. Bunun ən bariz nümunəsi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrası istiqamətində işğal dövründə heç bir addımın atılmamasıdır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı BMT 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edərək işğal edilmiş ərazilər və hərbi əməliyyatlarla bağlı mühüm tələblər irəli sürürdü:
"Lakin bu qərarların uzun müddət icra olunmaması beynəlxalq hüququn tətbiqində siyasi iradənin və effektiv mexanizmlərin nə qədər vacib olduğunu göstərdi. Nəhayət, Azərbaycan təkbaşına həmin qətnamələri icra etmiş oldu. Bu baxımdan hesab edirəm ki, BMT-nin fəaliyyəti, onun qəbul etdiyi ayrı-ayrı qərarların icrasına nəzarəti gücləndirən, həmin qərarları icra etməməyə görə məsuliyyəti müəyyənləşdirən nəzarət mexanizmlərinin işləməsi vacibdir. Əks halda, cəzasızlıq, beynəlxalq hüquq normalarının işləməməsi yeni münaqişələr riskini artıracaq. Dünyada davamlı sülh üçün qətiyyətli qərarların qəbul edilməsi, onların obyektiv və effektiv şəkildə icra olunaraq təmin edilməsi başlıca şərtdir".
Süleyman
Bu mövzuda digər xəbərlər:AGF üzvü: “Uğurların davamlı olması üçün kütləvilik önəmli şərtdir”
22 Dekabr 2025 16:21
Bu, qlobal sülh üçün ilkin şərtdir Duran
23 Noyabr 2025 09:31
Türkiyə MN: Humanitar yardımların Qəzzaya davamlı çatdırılması regionda davamlı atəşkəs üçün şərtdir
06 Mart 2025 21:55
Paşinyan konstitusiyanın dəyişdirilməsindən danışdı Sülh üçün əsas şərtdir
05 İyul 2026 14:44
Trampın mövqeyi Hindistan üçün vacib şərtdir
07 May 2025 15:15
Baxış sayı:87
Bu xəbər 26 Oktyabr 2026 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















