ABŞ tarixində ilk dəfə xarici terrorçuların ölkədən çıxarılması mexanizmi işə salınıb
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ tarixində ilk dəfə terrorçu kimi tanınan xarici vətəndaşların ölkədən çıxarılmasına imkan verən və əvvəllər tətbiq edilməyən hüquqi mexanizm işə salınıb.
"Report" "Politico"ya istinadən xəbər verir ki, bu barədə amerikalı hakim Coan Eriksenin qərarında deyilir.
"15 iyul 2026-cı ildə Birləşmiş Ştatlar yuxarıda qeyd olunan iş üzrə cavabdehin Birləşmiş Ştatlardan çıxarılması tələbi ilə ABŞ Qanunlar Məcəlləsinin 8-ci bölməsi, 1531-ci paraqrafı və sonrakı müddəaları əsasında xarici terrorçuların ölkədən çıxarılması işləri üzrə ABŞ məhkəməsinə vəsatət verib", - sənəddə qeyd olunub.
Bildirilib ki, məhkəmə cümə axşamı bu məsələ ilə bağlı dinləmə keçirib. İşin təfərrüatları açıqlanmayıb. Vəsatətin özündən yalnız sənədin məzmununun məxfi olduğu bildirilən titul vərəqi əlçatandır.
"Alınan cavablar məhkəməni inandırıb ki, hökumətə daha ətraflı baxılma imkanının verilməsi faydalı olar. Bununla əlaqədar məhkəmə qərara alır ki, hökumət dinləmə zamanı müzakirə olunan məsələləri nəzərə almaqla, öz vəsatətini tamamlasın, həmçinin qanunla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək üçün hər hansı əlavə faktoloji və ya hüquqi analiz təqdim etsin", - hakim bildirib.
1996-cı ildə ABŞ Konqresi xarici terrorçuların ölkədən çıxarılması işləri üzrə xüsusi məhkəmə təsis edib. Məhkəmə xarici vətəndaşların "xarici terrorçular" kateqoriyasına aid olmaları əsası ilə ABŞ-dən çıxarılıb-çıxarılmamalı olduğu məsələsi ilə məşğuldur. 2026-cı ilin iyul ayınadək məhkəmə heç bir işə baxmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 18 İyul 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















