Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı
Icma.az, Axar.az saytına istinadən bildirir.
Qaxda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd yeniyetmə xəsarət alıb.
Axar.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qax rayonu ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, yeniyetmənin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan Qax rayonunun Qaysarlı kənd sakinləri – 16 yaşlı Yusif Aslanlı, 16 yaşlı Elgün Buğdaliyev, 16 yaşlı Qədir Məmmədli və Bakı şəhər sakini, 15 yaşlı Anar Əfəndizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yusif Aslanlı əlavə müayinə üçün Zaqatalada fəaliyyət göstərən özəl tibb müəssisələrindən birinə göndərilib.
Digər üç yeniyetmənin müayinə və müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 19 Noyabr 2026 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















