Icma.az
close
up
RU
ABŞ təkətək dedi, İran razılaşmadı: Tehranı narahat edən 10 illik qərar

ABŞ təkətək dedi, İran razılaşmadı: Tehranı narahat edən 10 illik qərar

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubionun İranla birbaşa danışıqların aparılacağını bəyan etməsi beynəlxalq siyasi arenada diqqət çəkdi.

Buna əsasən Vaşinqton və Tehran nümayəndələrinin nüvə proqramı ilə bağlı aprelin 12-də Omanda keçirilməsi gözlənilən görüş artıq başlayıb. Məlumata görə, Maskatda İranın xarici işlər naziri Abbas Araqçı ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında müzakirələr aparılır.

Daha əvvəl ABŞ tərəfi İranla razılaşmanın əldə edilməyəcəyi təqdirdə bu ölkədəki nüvə obyektlərinin bombalanacağını, İsrailin də prosesdə iştirak edəcəyini açıqlayıb.

Hazırkı görüş gözlənilən hücum təhlükəsinin aradan qaldırılması, gərginliyin azalması ilə nəticələnə bilərmi?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, ABŞ son zamanlar bir sıra dövlətlərlə münasibətlərini yenidən nəzərdən keçirməyə çalışır:

“Belə ölkələrdən biri də İrandır. Tehran ilə Vaşinqton arasında münasibətlər onsuz da gərgin idi. Lakin Ağ Ev, Prezident Donald Trampın hakimiyyətə gəlməsi ilə görüntü xatirinə də olsa, fərqli bir siyasət aparmağa çalışdı. ABŞ digər dövlətlərlə olduğu kimi, İranla da sanki münasibətləri normallaşdırmaq istəyirmiş görüntüsü yaradır.

Hesab edirəm, Vaşinqton və Tehran arasındakı əsas fikir ayrılığı üçüncü tərəflərin vasitəçiliyi ilə bağlıdır. ABŞ iddia edir ki, problemin həllinə  vasitəçilərsiz də nail olmaq mümkündür. İran isə əks mövqedədir və düşünür ki, gələcəkdə baş verə biləcək anlaşmazlıqlar zamanı şahidlərin, yəni vasitəçilərin olması vacibdir.

2015-ci ildə Almaniya, Çin və Rusiyanın iştirakı ilə ABŞ-İran danışıqları keçirilmişdi. Müzakirələr əsasən nüvə silahı və uranın zənginləşdirilməsi mövzusunda idi. 2017-ci ildə vəzifəyə gələn Tramp, prezidentliyinin ilk dövründə bu razılaşmadan birtərəfli şəkildə geri çəkildi. İran isə məhz ona görə bu dəfə vasitəçilərin iştirakını vacib sayır. Çünki bənzər hal baş verərsə, arxasında beynəlxalq dəstəyin olmasına çalışır.

Amma ABŞ danışıqların vasitəçilərin iştirakı ilə keçirilməsinin əleyhinədir. Çünki belə görüşlərdə adətən İranı açıq şəkildə hədələyir, sərt ritorika ilə çıxış edir. Tehran da bunu çox yaxşı anlayır.”


Xəyal Bəşirov

Ekspertin sözlərinə görə, hazırkı danışıqlar prosesini ABŞ-ın İranla birbaşa qarşıdurmadan yayınmaq cəhdi kimi qiymətləndirmək olar:

“Vaşinqton ümumiyyətlə bir ölkə ilə açıq toqquşmaya getməkdə maraqlı deyil. İran isə daha sərt və çətin tərəfdaşdır.

ABŞ supergüc statusunu qazanmasından bu günə qədər heç bir ölkə ilə birbaşa müharibəyə girməyib. Bəli, müxtəlif münaqişələrə qoşulub, amma ya son anda, ya da özünə sərf edən anda daxil olub.

ABŞ Vyetnamda və Əfqanıstanda açıq şəkildə məğlub olub. Bu müharibələr ona göstərdi ki, supergüc olsan da, tanımadığın coğrafiyada döyüşmək həmişə uğur gətirmir.

Rusiya-Ukrayna müharibəsinə baxanda da görürük ki, böyüklük və güc həmişə qələbə qazanılacağı mənasına gəlmir. ABŞ supergüc statusunu müharibə hesabına deyil, düzgün vaxtda və dəqiq hesablanmış müdaxilələrlə qazanıb”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri