Icma.az
close
up
RU
Təbrizdəki çempionluq Tehranı NARAHAT ETDİ

Təbrizdəki çempionluq Tehranı NARAHAT ETDİ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda azərbaycanlıların əsas təmsilçisi sayılan “Traktor” futbol klubu ilk dəfə ölkə çempionu olaraq milyonlarla insan üçün təkcə idman yox, həm də kimlik, ümid və birlik simvoluna çevrilib. Bu mövsüm baş məşqçi Draqan Skociçin rəhbərliyi altında vaxtından əvvəl çempionluq qazanıb.

İranın Şərqi Azərbaycan vilayətinin ən böyük şəhəri, Türkiyə, Ermənistan və Azərbaycanla sərhədə yaxın ərazidə yerləşən Təbrizi təmsil edən 55 illik tarixə malik klubun əsası dövlətə məxsus traktor zavodu tərəfindən qoyulub. O vaxtdan bəri işçilər və yerli sakinlər üçün yaradılan komanda ilə Tehran arasındakı münasibətlər birmənalı olmayıb, "Traktor" illərlə səssiz qaldıqdan sonra həm meydanda güc qazanmağa, həm də meydandan kənarda diqqət mərkəzinə çevrilməyə başlayanda bu münasibətlər daha da sərtləşib.

İranda azərbaycanlıların mədəni və siyasi hüquqları üçün simvola çevrilən klub uzun müddətdir təkcə meydanda deyil, meydandan kənarda da diqqət mərkəzindədir.

Azərbaycanlı türklər — öz dili, mədəniyyəti və tarixi olan bir toplum olaraq — İran hakimiyyətlərinin uzun illər apardığı fars mərkəzli siyasət nəticəsində ayrı-seçkiliyə məruz qalıb.

Modern.az-ın məlumatına görə, Britaniyanın nüfuzlu "The Guardian" qəzetində dərc edilən məqalədə bildirilir ki, “Traktor”a azarkeşlik bu ayrıseçkiliyə qarşı duruş, milli kimliyin ifadəsi və bəzən də hökuməti tənqid vasitəsinə çevrilib.

"Futbol klubuna azarkeşlik azərbaycanlı qürurunu və kimliyini ifadə etməyin bir yoluna çevrilib (stadionda səslənən mahnılarda qədim qəhrəmanlar yad edilir), İranda daha çox təmsilçilik tələb edilir (2012-ci ildə zəlzələdən sonra hökumətin passivliyinə qarşı tribunada şüarlar səslənmişdi) və bəzən də sadəcə hakimiyyətin əsəblərini pozur", - məqalədə belə deyilir.

Tehranın “Traktor” azarkeşlərinin başqa ölkələrin paytaxtlarının adlarını səsləndirməsinə qəzəblənməsi təəccüblü deyil: “"Bakı, Təbriz, Ankara - Biz hara, farslar hara". “Fars körfəzi”nin adının “Ərəb körfəzi” adlandırılması isə paytaxtda və digər yerlərdə bir çoxlarını qıcıqlandırır.

Təbrizdəki oyunlarda bu mövsüm orta hesabla 42 minə yaxın azarkeş stadiona toplaşıb. Paytaxt Tehranda keçirilən səfər oyunlarında da “Traktor” minlərlə fanat tərəfindən dəstəklənib. Bu isə İran hökuməti üçün narahatlıq doğuran faktordur. Klubun “Persepolis” və “Esteğlal” kimi paytaxt nəhəngləri ilə qarşılaşmaları zaman-zaman etnik qarşıdurmalara və siyasi şüarlara səhnə olub. 2018-ci ildə “Esteğlal”la oyunda azarkeşlərin “diktatora ölüm” şüarı səsləndirməsi təhlükəsizlik qüvvələrinin müdaxiləsinə səbəb olmuşdu.

2018-ci ildə milyarder iş adamı Məhəmmədrza Zonuzinin klubu satın alması ilə yeni bir dövr başladı. Zonuzi dünya səviyyəli məşqçi Con Toşakı gətirdi. Onun gəlişi ilə Şotlandiya, İrlandiya və Türkiyədən tanınmış oyunçular transfer edildi. Lakin uğurlar gözlənildiyi kimi tez gəlmədi. Toşak cəmi üç ay sonra istefaya göndərildi.

Dəyişikliklərin ardı-arası kəsilmədi. 2022-ci ildə İran milli komandasını dünya çempionatına çıxaran, lakin son anda əvəzlənən xorvatiyalı Dragan Skociç ötən yay “Traktor”un sükanı arxasına keçdi. Onun rəhbərliyi ilə komanda mövsümə yaxşı başladı və liderliyi qoruyaraq 2 may tarixində Şəms Azər üzərində 4:0 hesablı qələbə ilə çempionluğu rəsmiləşdirdi.

Komandanın heyətinə İran milli komandasının qapıçısı Əlirza Beiranvand və “Persepolis”dən üç futbolçu da daxil idi. Onların transferi bəzi çevrələrdə mübahisələrə səbəb olsa da, təcrübəli oyunçular komandanın sabit performans göstərməsində mühüm rol oynadı. “Qırmızı canavarlar” mövsümün üçdə birində liqanın zirvəsinə yüksəldi və orada möhkəmləndilər.

İndi isə növbədə Asiya səhnəsi var. İran yalnız bir komandanı Asiya Çempionlar Liqasının elit mərhələsinə birbaşa göndərə bilir və bu yer “Traktor”a məxsusdur. Ölkə daxilində bu klubun arxasında hamının birləşib-birləşməyəcəyi hələ dəqiq bilinmir, lakin “Traktor” yoluna davam etməkdə qərarlıdır.

Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 May 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri