Icma.az
close
up
RU
ABŞ TikTok u 400 milyon dollar cərimələdi

ABŞ TikTok u 400 milyon dollar cərimələdi

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, “TikTok”, “ByteDance” və onlara bağlı qurumların Uşaqların Onlayn Məxfiliyinin Qorunması Aktına (COPPA) və bu qanunun icrasına dair qaydalara uyğunluğu ilə bağlı məhkəmə işi razılaşma yolu ilə həll edilib.

Açıqlamada 400 milyon dollarlıq razılaşmanın COPPA çərçivəsində indiyədək əldə edilmiş ən yüksək məbləğlərdən biri olduğu vurğulanıb. Razılaşmaya əsasən, “TikTok” dərhal 300 milyon dollar ödəyəcək. Bundan əlavə, “Musical.ly” şirkətinə qarşı əvvəlki razılaşma qərarının ləğv edilməsindən sonra daha 100 milyon dollar ödəniləcək.

Ədliyyə Nazirliyinin açıqlamasında 2024-cü ildə şikayətin təqdim edilməsindən sonra “TikTok”un mülkiyyətində, idarəetməsində, uyğunluq funksiyalarında və məxfilik siyasətində mühüm dəyişikliklərin həyata keçirildiyi qeyd olunub.

Ötən günlərdə ABŞ-da apellyasiya məhkəməsi “Meta” və “TikTok”un platformaların dizaynından qaynaqlandığı iddia edilən zərərlərlə bağlı açılmış minlərlə məhkəmə işinin dayandırılması tələbini rədd edib.

“The Hill” qəzetinin məlumatına görə, apellyasiya məhkəməsi şirkətlərin tələbi ilə bağlı qərarında “Meta” və “TikTok”un məhkəmə proseslərinin çox erkən mərhələsində apellyasiya müraciəti etdiyini bildirib.

Məhkəmə qərarında texnologiya şirkətlərini istifadəçilərin yaratdığı məzmundan irəli gələn hüquqi məsuliyyətdən böyük ölçüdə qoruyan Kommunikasiyanın Əxlaqı Aktının sosial media şirkətləri tərəfindən məhkəmə işlərinin dayandırılması üçün deyil, yalnız məsuliyyətə qarşı müdafiə məqsədilə istifadə oluna biləcəyi vurğulanıb.

Məhkəmə bu məsələ ilə bağlı apellyasiya səlahiyyətinin olmadığını bildirərək şirkətlərin tələbini rədd edib.

ABŞ-da “Meta”ya məxsus platformaların və “TikTok”un dizaynından qaynaqlandığı iddia edilən zərərlərlə bağlı minlərlə məhkəmə işi açılıb. “Meta” və “TikTok” isə bu işlərin dayandırılması üçün apellyasiya məhkəməsinə müraciət etmişdi.

Bundan əvvəl ABŞ-da keçirilən başqa bir məhkəmə işində andlılar “Meta” və “YouTube”un bəzi istifadəçilərin psixi sağlamlığına təsirinə görə qismən məsuliyyət daşıdığı qənaətinə gəlib və 6 milyon dollar təzminat ödənilməsinə qərar verib.

20 yaşlı K.G.M.-nin qaldırdığı və minlərlə işin birləşdirilməsi ilə baxılan məhkəmə prosesində sosial media platformalarından istifadəyə asılılığın psixi sağlamlıq problemlərinə səbəb olduğu və ya mövcud problemləri ağırlaşdırdığı iddia edilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Avqust 2026 05:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri