Icma.az
close
up
RU
“ABŞ Türkiyə münasibətlərində yeni strateji mərhələ başlayır”

“ABŞ Türkiyə münasibətlərində yeni strateji mərhələ başlayır”

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“NATO-nun Türkiyədə keçirilən zirvə toplantısında ABŞ Prezidenti Donald Trampın iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı ikitərəfli danışıqlar, təbii ki, Vaşinqton-Ankara münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Xüsusilə ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi bəzi sanksiyaların aradan qaldırılması, CAATSA məhdudiyyətlərinin yumşaldılması, Türkiyənin F-35 proqramına qayıdışı və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı əldə olunan razılaşmalar iki ölkə arasında hərbi-strateji əməkdaşlığın dərinləşdiyini göstərir”.

Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Göründüyü kimi, ABŞ Yaxın Şərq siyasətində Türkiyənin roluna daha çox önəm verməyə başlayır və regionda əsas strateji tərəfdaşlardan biri kimi Ankaraya üstünlük verir. İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin F-35 proqramına qayıdışına və regionda rolunun genişlənməsinə qarşı çıxmağa çalışsa da, Vaşinqtonun bu məsələdə İsrailin mövqeyini qəbul etməyəcək.

Düşünürəm ki, ABŞ-Türkiyə münasibətləri yeni dünya siyasi düzənində daha strateji xarakter alacaq. Tərəflər Yaxın Şərqin təhlükəsizliyi, enerji və nəqliyyat layihələri, həmçinin regional sabitliyin qorunması istiqamətində daha sıx əməkdaşlıq edəcəklər. Bununla yanaşı, Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz hövzəsi üzrə də ABŞ-Türkiyə strateji əməkdaşlığının genişlənməsi gözlənilir.

Bu proses eyni zamanda Rusiyanın regiondakı təsir imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər. Türkiyənin həm regional, həm də beynəlxalq müstəvidə geosiyasi çəkisinin artması ilə nəticələnəcək. ABŞ üçün Türkiyə daha etibarlı və önəmli strateji tərəfdaşa çevrilməkdədir.

Təbii ki, bu tendensiya Azərbaycanın milli maraqlarına da uyğundur. Xüsusilə enerji və nəqliyyat layihələri, o cümlədən Zəngəzur dəhlizi və digər regional təşəbbüslər baxımından ABŞ-Türkiyə-Azərbaycan əməkdaşlığının yeni səviyyəyə yüksəlməsi üçün əlavə imkanlar yaranır”.

Günay

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 İyul 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri