Icma.az
close
up
RU
ABŞ üçün əsas hədəf Çindir

ABŞ üçün əsas hədəf Çindir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Tramp İrana qarşı “misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid” elan etdi. 

O, bu iqtisadi müharibənın detallatını açıqlamasa da, çox güman ki, onun əhatəsi İranı aşacaq və onunla iqtisadi əlaqələri davam etdirən ölkələrə, banklara və şirkətlərə də yönəldiləcək".

"Cebheinfo.az" xəbər verir ki, bunun iqtisadçı- ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, konkret ehtimallara gəldikdə isə ilk və əsas hədəf İranın neft gəlirləridir:

"Həm də əsas hədəf yenə Çindir. 2025-ci ildə İranın dəniz yolu ilə ixrac etdiyi neftin 80 %-dən çoxunu Çin alıb. Deməli, İranın neft gəlirlərini ciddi şəkildə azaltmaq üçün ABŞ faktiki olaraq İran neftinin Çin bazarına çıxışını məhdudlaşdırmalıdır. 

İkinci istiqamət İranla işləyən xarici banklara, neft şirkətlərinə, gəmiçilik şirkətlərinə və digər vasitəçilərə qarşı sanksiyaların genişləndirilməsidir. İranın bank hesablarının, valyuta əməliyyatlarının və beynəlxalq ödəniş kanallarının daha ciddi məhdudlaşdırılması da gözlənilir.

ABŞ 2026-cı ilin əvvəlindən İranla əlaqəli 1000-dən çox şəxsə, gəmiyə və hava vasitəsinə artıq sanksiya tətbiq edib.

Təzyiq öz nəticəsini də göstərir. Müharibədən əvvəl İran neftinin orta yüklənməsi gündə təxminən 1,8 mln. barel olduğu halda, son bir ayda bu göstərici 500 min bareldən aşağı düşüb.

İran iqtisadiyyatının vəziyyəti isə onsuz da ağırdır. İyulda illik inflyasiya 66 %-ə, ərzaq qiymətlərində illik artım isə 128 %-ə çatıb. 

Buna görə yeni məhdudiyyətlər ölkənin valyuta gəlirlərinə, büdcəsinə və daxili qiymətlərə əlavə təzyiq yarada bilər".İqtisadçı vurğulayıb ki, amma məsələnin digər tərəfi də var:

"İran neftinin dünya bazarından daha çox çıxması və Hörmüz boğazı ətrafında risklərin artması neft qiymətlərini 100 dolların üzərinə yüksəldə bilər və bu daha uzun dövrü əhatə edə bilər.

Tramp anons etdiyi kimi davranarsa, qiymətin sərt yüksəlişi 1/2 ehtimaldır. Beləliklə, Trampın yeni iqtisadi strategiyası yalnız İranı seçim qarşısında qoymur.

İranla işləyən ölkələr və şirkətlər də ABŞ bazarı və maliyyə sistemi ilə İran arasında seçim etmək məcburiyyətində qala bilərlər.

Məhz iqtisadi müharibənin hədəfi İran olsa da, onun iqtisadi təsirləri İranın sərhədlərindən xeyli kənara çıxa bilər və qlobal inflyasiyanın sürətlənməsi və dünya iqtisadiyyatının digər sahələrində əlavə təzyiqlərin yaranması da qaçılmaz ola bilər".

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Avqust 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri