ABŞ üçüncü təyyarə daşıyan gəmisini də Yaxın Şərqə göndərib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
ABŞ-nin üçüncü təyyarədaşıyan gəmisi olan "Corc Buş"un Yaxın Şərqə göndərildiyi iddia olunur. Məlumata görə, gəmi Virciniya ştatındakı Norfolk limanından yola düşərək bölgəyə doğru hərəkət edib.
"The Wall Street Journal" nəşrinin yazdığına görə, ABŞ rəsmiləri gəminin onu müşayiət edən hərbi gəmilərin Yaxın Şərqdə yerləşən digər iki təyyarədaşıyanla birləşmək üçün yola çıxdığını bildiriblər.
Hazırda bölgədə fəaliyyət göstərən digər gəmilərdən "Abraham Linkoln" Ərəb dənizində əməliyyat aparır. Digər gəmi – "USS Gerald R. Ford" isə texniki nasazlıq səbəbilə təmir üçün Xorvatiya limanında yerləşir.
Mənbələrin iddiasına görə, yaxın vaxtlarda ABŞ-nin hər üç təyyarədaşıyan gəmisinin Yaxın Şərqdə bir araya gələrək fəaliyyətini gücləndirməsi gözlənilir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 01 Aprel 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















