Icma.az
close
up
RU
“ABŞ Ukraynada müharibəyə qoşulmadan təsirini gücləndirməyə çalışır“ “The Telegraph“

“ABŞ Ukraynada müharibəyə qoşulmadan təsirini gücləndirməyə çalışır“ “The Telegraph“

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Özəl ordular, Çin ssenarisi və "Patriot" sistemləri ilə Ukraynaya dəstək..."

ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsi ilə bağlı siyasətində yeni variantlar axtarır.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

ABŞ siyasətində balans axtarışı

Nəşr yazır ki, Tramp bir tərəfdən açıq şəkildə bildirir ki, Amerika ordusu Ukraynada xidmət etməyəcək, digər tərəfdən isə Vaşinqtonun müharibədən tam kənarda qalmayacağını göstərmək üçün alternativ yollar təklif edir. Bu yanaşma həm Avropadakı müttəfiqlərə, həm də Moskva ilə danışıqlara ünvanlanmış bir siqnaldır.

Özəl hərbi şirkətlər - kompromis həll

Nəşr yazır ki, Tramp Ukraynaya ABŞ ordusunu göndərmək əvəzinə özəl hərbi şirkətlərin cəlb olunmasını müzakirə edir. Bu şirkətlər Ukraynada hərbi infrastruktur qurmaq, amerikalıların maraqlarını qorumaq və Putinə qarşı "səssiz xəbərdarlıq" rolunu oynamaq üçün nəzərdə tutulur.

Avropa rəsmiləri hesab edir ki, belə bir addım həm ABŞ daxilində "xarici müharibələrə müdaxilə" əleyhinə olan tənqidçiləri sakitləşdirə bilər, həm də Kremlə siqnal göndərəcək: hər hansı hücum ABŞ-la toqquşma riski deməkdir.

Çin ssenarisi: mübahisəli təşəbbüs

Trampın gündəmə gətirdiyi ən qalmaqallı ideyalardan biri isə Çinin sülhməramlı qüvvələrinin Ukraynaya dəvət olunmasıdır. O, bu təklifi ötən həftə Avropa liderləri və Zelenski ilə görüşdə səsləndirib. Məqsəd - Rusiya ilə sərhəd boyunca 1300 kilometrlik neytral zonanı Çin qüvvələrinin patrul etməsidir.

Amma bu fikir Avropada ciddi müqavimətlə qarşılanıb. Prezident Zelenski də açıq şəkildə bildirib ki, Çin Ukraynaya heç vaxt real dəstək verməyib, əksinə, Rusiyanın dron bazarını açaraq, onun hərbi potensialını gücləndirib. 

Ukrayna kəşfiyyatının məlumatına görə, hətta Çin vətəndaşları Rusiyanın tərəfində döyüşmək üçün cəlb olunub. Bununla belə, Pekin "münaqişənin həllində konstruktiv rol oynamağa hazır olduğunu" bəyan etsə də, Çin XİN bu barədə xəbərləri rəsmi olaraq təkzib edib.

Silah və texniki dəstək: "Patriot" sistemi

ABŞ hərbi iştirakını məhdud saxlasa da, silah və texniki dəstəyini gücləndirir. Dövlət Departamenti Ukraynaya "Patriot" zenit-raket kompleksi və avadanlıqlarının 179 milyon dollar dəyərində satışına icazə verib. Paketə ehtiyat hissələri, proqram təminatı, texniki xidmət və logistik dəstək daxildir.

Vaşinqton hesab edir ki, bu addım həm Ukraynanın hava hücumlarına qarşı müdafiəsini gücləndirəcək, həm də Avropanın təhlükəsizliyinə töhfə verəcək. ABŞ mediasının məlumatına görə, yeni mexanizm çərçivəsində Amerika silahlarının bir hissəsini Avropa ölkələri maliyyələşdirir: Almaniya artıq üç "Patriot" sistemi, Norveç isə əlavə iki sistemin alınmasını öhdəsinə götürüb. Kiyev isə ümumilikdə on "Patriot" batareyası almağa ümid edir.

Moskvanın reaksiyası

Kreml isə Qərbin bu planlarını rədd edir və onları "birtərəfli təşəbbüslər" adlandırır. Rusiya hakimiyyəti hesab edir ki, müzakirələrdə əsas məqsəd sülh yox, Moskvanı sıxışdırmaqdır. Tramp isə öz növbəsində sərt ritorikanı iqtisadi alətlərlə yumşaltmağa çalışır: o, daha əvvəl Rusiyaya təbii resurslara çıxış və bəzi sanksiyaların qaldırılması qarşılığında kompromis təklif edib.

Beləliklə, Trampın Ukrayna planı çoxşaxəlidir: ABŞ ordusunu müharibədən uzaq tutmaq, amma özəl ordular və müttəfiqlərlə birlikdə mövcudluq nümayiş etdirmək, Pekini prosesə cəlb etmək, -  amma həm Avropa, həm də Kiyev bu ideyaya şübhə ilə yanaşır, - nəhayət, "Patriot" sistemləri və hərbi-texniki dəstək yolu ilə Ukraynanı möhkəmləndirmək. Bütün bunlar onu göstərir ki, Vaşinqton yeni mərhələdə həm siyasi balansı, həm də hərbi üstünlüyü qorumağa çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri