ABŞ və Avropa İttifaqı Xameneiyə əvəz axtarırlar
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ və Avropa İttifaqı (Aİ) diplomatları İranda mümkün hakimiyyət dəyişikliyi ilə bağlı qapalı danışıqlar aparır və ölkənin gələcək liderliyinə namizədləri müzakirə edirlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "CBS News" telekanalı öz mənbələrinə istinadən məlumat verib.
Telekanalın məlumatına görə, müzakirələrin əsas mövzusu səhhəti və ölkəni idarə etmək qabiliyyəti Qərbdə sual doğuran İranın 86 yaşlı Ali Rəhbəri Əli Xameneidən sonra varisinin kim olacağı məsələsidir.
Məxfi müzakirələr zamanı ABŞ və Aİ nümayəndələri, həmçinin İranın nüvə proqramı ilə bağlı riskləri, o cümlədən nüvə obyektlərinin təhlükəsizliyini və hərbi zərbələrin potensial nəticələrini də nəzərdən keçirirlər. Hakimiyyət dəyişikliyinin regional sabitliyə və müttəfiqlərlə münasibətlərə mümkün təsirinə xüsusi diqqət yetirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 21 İyun 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















