Icma.az
close
up
RU
ABŞ və Avropaya miqrant axını İş, keyfiyyətli yaşam və təhsil...

ABŞ və Avropaya miqrant axını İş, keyfiyyətli yaşam və təhsil...

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Avropa və Şimali Amerika Afrika və Asiya, Latın Amerikası ölkələrindən iş, keyfiyyətli yaşam və təhsil, sosial rifah məqsədi daşıyan miqrasiya axını ilə üzləşib.

ABŞ da Meksika ilə sərhəddə nə qədər mühafizə işləri gücləndirilsə də yenə də miqrantların qanunsuz keçidinin qarşısını almaq olmur.

Əslində belə bir situasiyanın yaranmasında ABŞ nin XIX əsrin sonlarından başlatdığı dollar siyasətinin “xüsusi rolu” var.

Belə ki, o dövrdə Latın Amerikasında mövcud olan ölkələrə Vaşinqton müəyyən faizlərlə dollar halında borc verirdi, həmin ölkələr isə bu borcu qaytaranadək artıq ABŞ dan asılı hala düşürdü.

O dövrdə gizli şəkildə artıq Vaşinqton Latın ölkələrinin xarici və daxili siyasətini, prezident seçimlərini, dövlət idarəetməsini özünün maraqlarına uyğun şəkildə qurur, istədiyi vaxt müəyyən siyasi gedişlər üçün gizli diplomatiya işi də aparırdı.

Meksika 19 cu əsrin ortalarında İmperiya halında mövcud olaraq bu günkü ABŞ ın ərazisi olan cənub Qərb Ştatlarının çoxuna sahib idi. Lakin sonradan 1846 1848 ci illərdə ABŞ ilə müharibə nəticəsində Meksika həmin əraziləri itirir. Beləcə ABŞ qitədə yeganə hegemon güc olması üçün əsas addımı atdı.

Kolumbiya, Peru, Venesuela və digər bu kimi ölkələri isə kreditlərlə borc alana çevirib asılı edərək faktiki mütləq hakimə çevrildi.

Hazırda bu ölkələr həyat keyfiyyətinin aşağı səviyyəsinə görə beyin axınından əziyyət çəkir yəni, vətəndaşları geniş imkanlar əldə etmək məqsədi ilə ABŞ və Kanadaya axın edirlər.

Venesuela Nikolas Maduranın hakimiyyətə gəlməsinədək güclü nüfuza malik neft ölkəsi idi, eks prezident Huqo Çavesin dövründə ölkə sosial yüksəliş dövrünü yaşayırdı. Onun ölümündən sonra, Maduranı devirmək üçün ABŞ ölkəyə ciddi sanksiyalar verdi və şirkətlər və maliyyə sistemi çökdü, pul vahidi dəyərini itirdi.

Hazırda ABŞ ın Kanada, Qrenlandiya, Meksika, Panama kanalı kimi əraziləri özünün federal subyekti etməsi istəyinə Venesuela da aiddir.

Venesuela həm də Rusiya ilə yaxın diplomatik əlaqələrə sahib olduğu üçün latın ölkələrinə də təsir edə bilər deyə Vaşinqton buranın siyasi idarəsini ələ almaq istəyir.

Latın ölkələrinin inkişaf edə bilməməsi, tez tez çaxnaşmalar və cinayətkarlığın yüksəlməsi ilə Argentina və Çili istisna olmaqla yerdə qalan bütün Latın Ölkələri iqtisadi və sosial böhranla üz üzədir.

Bu regionun zəngin neft və qaz yataqlarına sahiblik etməsi, (Meksika dünya üzrə neft ehtiyatlarına görə ilk sıralarda qərar tutur)

Münbit torpaqları və kənd təsərrüfatı üçün geniş imkanlarının olması ABŞ üçün buranı müstəmləkəyə çevirməyə şərait yaratdı.

Bu dövlətlərin inkişaf etməsi ilə regionda digər hegemon güclər ortaya çıxa bilərdi.

ABŞ istehsal etdiyi məhsulları isə dünyaya yaxşı mənfəət gətirən qiymətə çıxara , təbii sərvətlərindən yararlana bilmək imkanı əldə edə bilməzdi.

Avropa isə bu gün əsas inkişaf mərkəzi olsa da, əslində Afrika və Asiya da bu cür ola bilərdi.

Fəqət, beynəlxalq güclər tərəfindən həyata keçirilən siyasətlə orada sosial inkişaf və təhsil keyfiyyəti yüksələ bilmir, insan əməyi istismar edilir, təbii sərvətlər Avropaya daşınır, müxtəlif siyasi qarşıdurmalar təşkil edilir.

Həmin dövlətləri tərk edənlər isə normal həyat üçün inkişaf etmiş ölkələrə üz tuturlar. Tərk etdikləri dövlətlər isə beyin axını ilə müasirləşmək və güclənmək imkanlarını itirir.

Liviya Şimali Afrikanın su problemini həll edəcək dövlət idi. Daha dəqiqi, Müəmmar Qəddafi bunu edəcək iqtidarda idi.

O, Sahara səhrasının gətirdiyi su və yemək qıtlığına son verəcək yeraltı su mənbələrini yerüstü borular vasitəsilə üzə çıxarıb böyük dəyişiklik yaradacaq və regionun inkişaf etməsində mühüm rol oynayacaq layihəyə start verdirdi.

Lakin, bu yüksək qlobal dairələri işə keçməyə vadar etdi və 2011 ci ildə Liviyada etiraz dalğası başladı, hakimiyyət devrildi, su layihəsi də demək olar ki, yarımçıq qaldı.

Bu gün həmin ölkədən kütləvi miqrant axını baş vermiş bir zamanlar sosial rifah nümunəsi olan Liviya indi böhran içindədir.

Liviya nümunəsində digər ölkələrdə də ABŞ və NATO ölkələri özünün xüsusi hərbi bazalarını yaratmaq və həmin dairələrdə nəzarəti təmin etmək üçün sülh təmin edici qismində çıxış edir və fürsət tapır.

İşsizlik, keyfiyyətsiz həyat, su və yemək qıtlığı üzündən əziyyət çəkən əhalinin miqrasiyası bitməyəcəkdir əgər hegemonluq siyasəti əsasında həmin dövlətlər zəiflədilməsə.

Müəllif: Siyasi şərhçi - İsa İsmayılov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 İyul 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri