Neymar yenə Messi ilə oynaya bilər
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Braziliyanın “Santos” klubunun hücumçusu Neymar, 2026-cı il dünya çempionatında Karlo Ançelottinin başçılıq etdiyi yığmaya düşmək şanslarını artıracaq sensasiyalı bir transferə ümid edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, lakin Avropa klublarının 33 yaşlı futbolçuya marağı yoxdur. Bu şəraitdə futbolçu karyerasını davam etdirmək üçün iki variantı nəzərdən keçirir — “Santos”la müqavilənin uzadılması və ya MLS-ə keçid. MLS variantında o, Lionel Messi və Luis Suareslə birlikdə “İnter Mayami”də oynaya bilər.
Xatırladaq ki, Neymar son dəfə sentyabrın 14-də meydana çıxıb, o vaxtdan bəri zədəlidir və bərpa prosesini davam etdirir. Kluba qayıtdıqdan sonra o, 21 oyun keçirib, 6 qol vurub və 3 qol ötürməsi verib.
Baxış sayı:91
Bu xəbər 25 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















