ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ və Çin qabaqcıl süni intellekt (Sİ) sistemləri ilə əlaqədar ciddi insidentlər barədə məlumatların operativ mübadiləsi üçün birbaşa rabitə kanalının yaradılması üzərində işləyir.
Moderator.az çıxışın rəsmi mətninə istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Vaşinqton-Pekin əlaqələri üzrə Milli Komitənin tədbirində bildirib.
"Prezident Donald Trampın tapşırığı ilə biz superintellekt sahəsində Çinlə yeni dialoqun qurulması üzrə vacib işə başlamışıq. Onun məqsədi hər iki ölkəni ümumi risklərdən qorumaq və sistemlərimiz arasında anlaşılmazlığın qarşısını almaqdır", - nazir qeyd edib.
Bessentin sözlərinə görə, Vaşinqton və Pekin ən yeni Sİ modellərinin tətbiqindən əvvəl onların qiymətləndirilməsi və sınaqdan keçirilməsi üzrə qabaqcıl təcrübə mübadiləsi aparmaq, həmçinin bu texnologiyaların inkişafı üzərində insan nəzarətinin qorunub saxlanılmasını təmin etmək niyyətindədir.
"Biz həmçinin hər bir ölkəyə öz superintellekt modelləri ilə bağlı ciddi insidentlər barədə digərini operativ şəkildə xəbərdar etməyə imkan verəcək birbaşa rabitə kanalı yaradırıq", - ABŞ Maliyyə Nazirliyinin rəhbəri vurğulayıb.
Bessent əlavə edib ki, süni intellekt inkişaf etdikcə, hər iki ölkə texnoloji rəqabətlə meydana çıxan risklərin idarə edilməsinə məsuliyyətli yanaşma arasında balans axtarmalı olacaq.
Bununla belə, nazir Vaşinqton və Pekin arasındakı mövcud fikir ayrılıqlarını gözardı etməməyə çağırıb.
"Biz Birləşmiş Ştatlar və Çin arasındakı fərqlərlə bağlı illüziyalara qapılmamalıyıq. Problemlərin həllinə yanaşmalarımız kimi, maraqlarımız da üst-üstə düşməyəcək", - o yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 11 Noyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















