Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın Aktaudakı Baş Konsulluğunda 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü münasibətilə bayram tədbiri keçirilib.
XQ Baş Konsulluğa istinadla xəbər verir ki, iştirakçılar əvvəlcə Vətən müharibəsini əks etdirən fotosərgi ilə tanış olublar.
Sonra Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı və “Dostluq” Etnomədəni Birliyinin üzvü Yusif Quliyev çıxış ediblər. Çıxışlar zamanı Baş Konsulluğun Vətən müharibəsi ilə bağlı hazırladığı slayd-şou nümayiş etdirilib.
Çıxışlardan sonra Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin rəşadətindən bəhs edən və Şuşa əməliyyatına həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.
Təşkil olunan ziyafət zamanı isə 2025-ci ildə Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradından görüntülər nümayiş etdirilib.
Baxış sayı:63
Bu xəbər 11 Noyabr 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















