ABŞ və İrana danışıqları məsafədən davam etdirməyi təklif etdilər
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Vasitəçilər Vaşinqton və Tehranın mövqelərini tədricən birləşdirmək məqsədi ilə danışıqları məsafədən davam etdirmələrini təklif ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, onlayn ünsiyyətin davam etdirilməsi qarşılıqlı anlaşmaya nail olmaq naminə tərəflərin mövqelərini bir-birinə yaxınlaşdırmağa kömək edə bilər.
“Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ İranla danışıqları davam etdirmək və yaxın günlərdə İranın təkliflərinə cavab və əks təkliflər təqdim etmək niyyətindədir.
Qeyd edək ki, daha əvvəl “Al-Mayadeen” telekanalı İranın vasitəçilərə ABŞ ilə danışıqlara hazır olduğu üç mərhələli plan təqdim etdiyini bildirmişdi. Məlumata görə, İran tərəfi danışıqların birinci mərhələsinin müharibənin dayandırılmasına və İran və Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin alınmasına yönəlməsini tələb edir. Müzakirələrin ikinci mərhələsində münaqişə bitdikdən sonra Hörmüz boğazının idarə olunması məsələsi müzakirə olunmalıdır. İranın təklifinə uyğun olaraq, üçüncü mərhələdə Tehranın nüvə dosyesi müzakirə olunacaq. Belə ki, İran tərəfi əvvəlki iki məsələ üzrə razılığa gəlmədən bu məsələni müzakirə etməkdən imtina edir.
Bu mövzuda digər xəbərlər:Əraqçi: “ABŞ ilə danışıqları davam etdirməyi düşünmürük”
10 Mart 2026 08:33
ABŞ və İran danışıqları gələn həftə davam etdirməyi planlaşdırır
13 Aprel 2025 11:28
“İran danışıqları davam etdirməyi xahiş edir” − Tramp
10 İyul 2026 18:59
ABŞ ilə danışıqları müzakirə etdilər
16 May 2026 18:40
Vasitəçilərdən ABŞ və İrana yeni təklif
21 İyul 2026 13:50
Baxış sayı:86
Bu xəbər 28 Aprel 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















