ABŞ və İsrailə 1 litr belə neft verməyəcəklər
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran ABŞ, İsrail və onların müttəfiqlərinin Yaxın Şərqdən bir litr də olsun neft ixrac etməsinə icazə verməyəcək.
"Unikal" xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü Əli Məhəmməd Naini "Tasnim" xəbər agentliyinə bildirib.
Onun sözlərinə görə, "İslam Respublikasının Silahlı Qüvvələri ABŞ və sionist rejimin İran xalqına qarşı davam edən təcavüzü qarşısında düşmənə və onun tərəfdaşlarına regiondan bir litr də olsun neft ixrac etməyə icazə verməyəcək".
O, neft və qaz qiymətlərini azaltmaq və nəzarətdə saxlamaq üçün edilən bütün cəhdlərin nəticəsiz qalacağını vurğulayıb. Qeyd edib ki, İran münaqişənin nə vaxt bitəcəyini özü müəyyən edəcək.
Baxış sayı:151
Bu xəbər 10 Mart 2026 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















