Icma.az
close
up
RU
Zəngilanın quruculuq xəritəsi: Müzəffər Liderin imzasi ilə dirçələn diyar

Zəngilanın quruculuq xəritəsi: Müzəffər Liderin imzasi ilə dirçələn diyar

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

44 günlük Vətən müharibəsində qazanılan tarixi və möhtəşəm Zəfər nəticəsində 30 illik işğaldan azad edilən Zəngilan rayonu bu gün Cənubi Qafqazın və Şərqi Zəngəzur iqtisadi rayonunun ən sürətlə inkişaf edən, müasir texnologiyalar əsasında yenidən qurulan mühüm mərkəzlərindən birinə çevrilmişdir. Azad edildiyi ilk günlərdən etibarən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsi nəzarəti, uzaqgörən siyasəti və azad olunmuş torpaqlara müntəzəm səfərləri sayəsində Zəngilanda misilsiz bərpa, yenidənqurma və strateji infrastruktur layihələrinin icrasına start verilmişdir. Dövlət başçısının rayona hər bir səfəri Zəngilanın gələcək simasını müəyyənləşdirən mühüm qərarlar, təməlqoyma mərasimləri və strateji obyektlərin açılışları ilə zəngin bir intibah salnaməsidir.
Zəngilanın dirçəliş salnaməsinin ilk müqəddəs və tarixi səhifəsi 23 dekabr 2020-ci il tarixində yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilan şəhərinə ilk səfəri zamanı ucaltdığı Azərbaycan bayrağı xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və bu torpaqlardakı əbədi suverenliyinin rəmzinə çevrildi. Erməni vandalizminə və işğalına məruz qalaraq tamamilə viran edilmiş, xarabalıqlara çevrilmiş şəhərdə üçrəngli bayrağımızın dalğalanması ilə onilliklər boyu sürən həsrətə son qoyuldu və bölgənin bərpası üçün yeni eranın təməli atıldı.
Dövlətimizin planlı və strategiyaya söykənən addımlarının davamı olaraq, 14 fevral 2021-ci il tarixində növbəti səfər reallaşdırıldı. Bu səfər çərçivəsində işğal dövründə düşmən tərəfindən Zəngilanın infrastrukturuna, yaşayış fonduna, tarixi-mədəni irsinə və zəngin təbiətinə vurulmuş zərərin ümumi dəyərləndirilməsi aparıldı. Xarabalıqlar üzərində müasir, təhlükəsiz və dayanıqlı yaşayış məskənlərinin salınması üçün genişmiqyaslı baş planın hazırlanması və elmi-praktiki qiymətləndirmə işləri məhz bu mərhələdə dəqiqləşdirildi.
2021-ci ilin 26 aprel səfəri isə yalnız Zəngilan üçün deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun bərpa konsepsiyası üçün tarixi bir dönüş nöqtəsinə çevrildi. Prezident İlham Əliyev Zəngilandan olan sakinlərlə görüşərək onlara doğma yurdlarına sürətli və təhlükəsiz qayıdış müjdəsini verdi. Məhz həmin gün Zəngilanın 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edən, regionda analoqu olmayan ilk "Ağıllı kənd" layihəsinin təməli qoyuldu. Bu layihə rəqəmsal idarəetmə, alternativ yaşıl enerji, ekoloji təmiz texnologiyalar və müasir kənd təsərrüfatı standartlarını özündə birləşdirən tam fərqli bir həyat modelinin təməlini qoydu.
Müasir texnologiyaların tətbiqi ilə yanaşı, Zəngilanın qlobal loqistika və nəqliyyat xəritəsində tutduğu strateji mövqe də eyni gün müəyyənləşdirildi. 26 aprel 2021-ci ildə Zəngilan Beynəlxalq Hava Limanının və Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi olan Zəngilan-Horadiz avtomobil yolunun təməlqoyma mərasimləri keçirildi. Bu layihələr Zəngilanın təkcə yerli infrastrukturunu bərpa etmədi, həm də onu regionun beynəlxalq nəqliyyat və loqistika habına çevirmək istiqamətində addım oldu.
Böyük Qayıdışın sürətlənməsi və görülən işlərin keyfiyyəti dövlət başçısının daimi nəzarətində saxlanılırdı. 20 oktyabr 2021-ci il tarixində həyata keçirilən növbəti səfər zamanı Ağalı kəndində "Ağıllı kənd" proqramı üzrə aparılan tikinti-quruculuq işləri və Zəngilan Beynəlxalq Hava Limanında gedən proseslər yerindəcə nəzərdən keçirildi. Eyni zamanda, regionun təhlükəsizlik dayağını möhkəmləndirmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksi açıldı. Bölgenin fasiləsiz və keyfiyyətli enerji ilə təmin olunması məqsədilə "Azərenerji" ASC-nin 110/35/10 kV-luq "Zəngilan" yarımstansiyası istifadəyə verildi və Rəqəmsal Yarımstansiyanın təməli atıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilana gerçəkləşdirdiyi ardıcıl, məqsədyönlü və tarixi səfərlər göstərir ki, Zəngilan sadəcə bərpa olunan bir inzibati rayon deyil. O, Azərbaycanın iqtisadi gücünü, innovativ inkişaf modelini, sarsılmaz dövlət iradəsini və Böyük Qayıdış ideyasının təntənəsini nümayiş etdirən canlı bir abidədir. Həyata keçirilən nəhəng layihələr keçmiş məcburi köçkünlərin doğma ocaqlarına qayıtmasına, Zəngilanın isə əbədi olaraq sülh, tərəqqi və işıqlı gələcək məkanına çevrilməsinə tam təminat verir.

Badisəba Məmmədli
Yap Ordubad Rayon Təşkilatı üzrə Əndəmic kənd ƏPT sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri