Icma.az
close
up
RU
ABŞ və Rusiya arasında fikir ayrılıqları dərinləşir...

ABŞ və Rusiya arasında fikir ayrılıqları dərinləşir...

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Budapeştdə planlaşdırılan görüş Vaşinqton tərəfindən təxirə salınıb. Görüşün təxirə salınması əsasən Rusiyanın Ukrayna ilə bağlı irəli sürdüyü şərt göstərilir. Kreml atəşkəs müqabilində Donbas bölgəsinin Rusiyanın nəzarətinə verilməsini təklif edib. Bu təklif nə ABŞ, nə Avropa İttifaqı, nə də NATO və Ukrayna tərəfindən qəbul olunmur". 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Donald Tramp isə, təmas xətti boyunca heç bir ərazi şərti irəli sürülmədən atəşkəsin əldə olunmasını təklif edib: 

"Lakin Moskva bu mövqeyə müsbət yanaşmadığından, danışıqların davam etdirilməsinə ehtiyac qalmayıb. 

Ümumilikdə, ABŞ və Rusiya arasında Ukrayna məsələsində diplomatik razılaşmanın əldə olunması hələlik mümkün görünmür. Trampın Putinə görüşdən imtina etməsi də məhz nəticəsiz perspektivlə bağlıdır. 

Əgər Budapeşt görüşü baş tutsaydı belə, onun Alyaska danışıqları kimi nəticəsiz qalacağı ehtimal olunurdu. Bu cür nəticə Tramp administrasiyasının mövqeyinə mənfi təsir göstərə bilərdi. Bununla yanaşı, belə görüşlərin keçirilməsi isə daha çox Vladimir Putinin maraqlarına xidmət edir. 

Görüşün təxirə salınmasından sonra ABŞ-ın Ukraynaya hərbi yardımları artırması və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi gözlənilir. 

Rusiyanın zəifləməsi Azərbaycanın geosiyasi mövqelərini gücləndirir. Bununla yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bir siyasi nizam yaranır". 

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri