Icma.az
close
up
RU
ABŞ və Rusiya arasındakı Alyaska sammitinin pərdəarxası ANALİZ

ABŞ və Rusiya arasındakı Alyaska sammitinin pərdəarxası ANALİZ

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Trampla Putinin Alyaska Sammitində hansı razılaşmaların baş tutduğu, hansılarının baş tutmadığı heş kimə dəqiq məlum deyil. Tərəflərin imzaladığı bir sənəd olmadı (azı ictimaiyyətə təqdim edilmədi). Lakin tərəflər danışıqlardan razı qaldıqlarını həm mimikaları, həm də bəyanatları ilə bildirdilər.

Analitik Asif Şəfəqqətov sammitin nəticələrini belə təhlil edib.

"Aydındır ki, bu görüşdə hər hansı müqavilə imzalana bilməzdi - onun hazırlanması böyük iş və vaxt tələb edir.

Lakin niyyət protokolu, memorandum imzalana bilərdi. Bəlkə də imzalanıb... Onun olub-olmamasını biz bundan sonrakı əməllərdə görəcəyik.

Bütün hallarda Alyaska sammiti tərəflər üçün faydasız olmadı. Bəs tərəflər nəyə nail oldular?

Rusiya

1. 2022-ci ilin fevralından Kollektiv Qərb tərəfindən tam "iqnor" edilən, BCM tərəfindən həbsinə beynəlxalq order verdirən, bütün dünya ölkələrindən təcrid olunması tələb olunan Putin (Rusiya) elə həmin Kollektiv Qərbin "rəisi" tərəfindən ABŞ-da qırmızı xalçada qəbul edildi. Putin yeganə adamdır ki, Tramp onu hava limanında qarşıladı. Kollektiv Qərb artıq rəsmi şəkildə yoxdur.

2. Ukrayna məsələsinin Putin-Tramp arasında müzakirəsi münaqişədə əsas tərəfdən birinin ABŞ olduğunu rəsmiləşdirdi. Qərb təbliğatı indiyədək bunu inkar etməyə çalışır.

3. Danışıqlar zamanı Putin Trampa anlada bildi ki, müharibəni dayandırmaq yox, bitirmək lazımdır. Onu bitirmək üçün isə müharibənin kök səbəblərini aradan qaldırmaq lazımdır. Tramp görüşdən sonrakı müsahibələrində və Avropa liderləri ilə telefon danışıqlarında bu fikirlə razılaşdığını bildirib. Bəs müharibənin kök səbəbi nədir? NATO-nun Rusiya sərhədlərinə doğru genişləndirilməsi. Rusiya bu narazılığını 2021-ci il dekabr ultimatumunda ABŞ və NATO-ya bildirmiş, lakin nə ABŞ, nə də NATO onu qəbul etmişdi.

4. Britaniya, Aİ və Ukrayna danışıqlar masasından kənarda qaldılar. Bu Britaniya və Fransa (BMT-nin 2 daimi üzvü) üçün II Dünya müharibəsindən sonra ən ağır siyasi zərbə oldu. Bu həm də o deməkdir ki, Britaniya və Aİ nəinki dünyada, hətta Avropada təhlükəsizlik məsələsində əhəmiyyətli güc statuslarını itiriblər.

5. Bu hadisə Rusiyanın Qlobal Şərqdə və Qlobal Cənubda nüfuzunun artmasına ciddi təsir göstərəcək.

ABŞ

1. ABŞ yeganə dünya hegemonu olmadığı ilə barışdı. Bu sammitə razılıq verməklə hələlik Rusiya ilə hesablaşmağa məcbur olduğunu rəsmi etiraf etdi. Uzağı 1 ilə Çinlə də hesablaşmalı olduğu ilə razılaşacaq. Sonra Hindistan və Braziliya da bu cərgəyə qoşula bilər. 15 avqust çoxqütblü dünyanın rəsmi başlanğıcı kimi tarixə düşəcək.

2. ABŞ artıq uğursuzluğu aşkar görünən "Ukrayna layihəsi"ndən çıxmaq üçün legitim bəhanə əldə etdi. Ukraynaya Rusiya şərtləri ilə müharibəni dayandırmağı təklif edəcək, Ukrayna bunu qəbul etməyəcək (Britaniya və Aİ-nin 16 avqust tarixli birgə bəyanatı buna əsas verir) və ABŞ layihədən çıxacaq ki, "mən sülh yaratmaq istədim, siz imkan vermədiniz, gedin, bildiyiniz kimi edin".

3. ABŞ iqtisadiyyatında gözlənilən tənəzzülün qarşısını almaq üçün Rusiya ilə iqtisadi əməkdaşlığı bərpa etmək və genişləndirmək üçün əsas əldə etdi.

4. Tramp oktyabrdan özü və partiyadaşları üçün daha vacib olan Konqresə aralıq seçkilərlə daha ciddi məşğul olmaq üçün "Ukrayna ballastından" azad olacaq.

5. Avropanın təhlükəsizliyi üçün xərclədiyi pullara qənaət etməyə, Avropadakı hərbi kontingenti ölkə daxilinə və Çin ətrafına yerdəyişmək üçün imkanı yaranacaq.

Partiya ustalıqla oynandı”.

Elçin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri