Icma.az
close
up
RU
ABŞ və Rusiya Ukrayna üçün “sülh üsulları” axtarır SİYASİ GÜNDƏM

ABŞ və Rusiya Ukrayna üçün “sülh üsulları” axtarır SİYASİ GÜNDƏM

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Tramp bunun üçün İkinci Dünya müharibəsindən bu yana formalaşmış Transatlantik normaları hədəfə alır

“Donald Tramp və Putin hakimiyyəti indi hazırkı durumu ABŞ ilə Rusiyanın maraqlarının nəzərə alınmasını təmin etməklə rasionallaşdırmağa çalışırlar”


"Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır, məqsəd sülhün vacibliyinin yenidən vədlərlə məhdudlaşdırılmasına yol verməməkdir". Bunu ölkə Prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, Ukraynaya qarşı müharibə davam edir, ona görə də Ukrayna Avropa ilə birgə danışıqlar masasında oturmalıdır: "Ukrayna, Avropa və ABŞ Rusiya ilə danışıqlar masası arxasında olmalıdır". 


Ukraynanın bərpası üçün 500 milyard avro lazımdır

Ukraynanın Baş naziri Denis Şmıqal deyib ki, yaxın illərdə Avropa üçün əsas vəzifəyə çevrilə bilər. Onun sözlərinə görə, ölkənin bərpası üçün əsas resurs dondurulmuş Rusiya aktivləri olmalıdır: “Biz əminik ki, bu vəsait əsas mənbəyə çevriləcək. Onları müsadirə etməyin vaxtıdır”. Baş nazir əlavə edib ki, irimiqyaslı layihələrin həyata keçirilməsində Avropa şirkətləri həlledici rol oynaya bilər: “Hesablamalar göstərir ki, 500 milyard avro tələb olunan minimum məbləğdir. Bu, Avropa üçün iqtisadi əlaqələri gücləndirmək və yeni bazarlar yaratmaq şansıdır”.


"Rusiya müharibəni bitirmək istəmir"

Ukrayna Prezidenti Ofisinin müşaviri Mixaylo Podolyak "X"də yazıb ki, müharibə yalnız rəsmi Moskvaya təzyiqlə başa çata bilər: "Əks halda müharibə davam edəcək və daha da genişlənəcək". Siyasətçi vurğulayıb ki, Ukraynanın müdafiə və təhlükəsizliyi ilə bağlı qərarlar tez, qətiyyətlə və uzun müzakirələr aparılmadan qəbul edilməlidir: "Rusiya nümayişkaranə şəkildə beynəlxalq hüququ “öldürdü”. Lakin o, bərpa edilməli və yenidən qurulmalıdır". Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin üçüncü ili tamam olur.


Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ ilə bölür!

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Rusiya xarici tərəfdaşlarla, o cümlədən amerikalı partnyorlarla yeni regionlar (Ukraynanın işğal edilmiş əraziləri – red.) da daxil olmaqla, nadir torpaq elementlərinin işlənməsi sahəsində birgə fəaliyyətə hazırdır. Putin əlavə edib ki, nadir torpaq metalları və digər ehtiyatlar üzrə ABŞ-Ukrayna sazişi heç bir şəkildə Rusiyaya aid deyil: “Bu, bizim işimiz deyil”.

Rusiya prezidenti hesab edir ki, Kiyev və Vaşinqton arasında nadir torpaq metallarına dair razılaşmadan əvvəl ilk növbədə ehtiyatları qiymətləndirmək lazımdır.


Conson: "Zelenskinin yerində Çörçill olsaydı..."

Britaniyanın keçmiş Baş naziri Boris Conson deyib ki, Uinston Çörçill də Ukrayna Prezidenti Volodimir Zelenskinin indi hərəkət etdiyi kimi edərdi. O bildirib ki, Çörçill də Zelenskinin etdiyi kimi edərdi. O da Trampın qarşısında söz seçməzdi. Conson həmçinin Donald Trampın müharibənin başlanmasında Ukraynanın günahı ilə bağlı açıqlamalarını tənqid edib: “Bu məntiqlə amerikalılar yaponları Pörl-Harbora hücuma təhrik ediblər. ABŞ-nin hazırkı siyasəti Ukraynanı dəstəkləmək siyasətinə ziddir. Amerikalıların təklif etdiyi reallığı dərk edə bilmirəm, çünki mənim ürəyim var. Xüsusilə, mineral ehtiyatlar üzrə sövdələşmədən danışırıq”.

Conson Trampın Ukraynanın göstərilən dəstəyi kompensasiya etməli olması ilə bağlı tələblərinə müsbət yanaşır. O xatırladıb ki, Böyük Britaniya İkinci Dünya müharibəsi zamanı verilən Lend-Liz çərçivəsində ödənişləri yalnız 2006-cı ildə dayandırıb. Onun fikrincə, Trampın fəaliyyətinin əsas məqsədi avropalıların iştirakını artırmaqdır: “Realist olmalıyıq, lakin öz həll yollarımızı inkişaf etdirməliyik. Xüsusilə, o, Ukrayna torpaqlarında sülhməramlıların əleyhinə deyil, gəlin, bunu edək”.


Trampdan sonra AB də Ukraynanın sərvətlərinə göz dikdi

Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejurne deyib ki, AB ölkələri Ukraynanın mineral ehtiyatlarının işlənməsi və nadir torpaq metallarının ABŞ-dən ayrıca çıxarılması ilə bağlı Kiyevlə öz razılaşmasını müzakirə edir: "Avropanın ehtiyac duyduğu 30 kritik mineraldan 21-i Ukrayna tərəfindən qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində təmin edilə bilər". Sejurne potensial sazişin şərtləri və AB ölkələrinin iddia etdiyi mineralların siyahısını təqdim etməyib. Qeyd edək ki, bundan öncə alman politoloq Ukraynanın sərvətinin işlənməsində Almaniyanın da maraqlı olduğunu bildirmişdi.


ABŞ Ukrayna qətnaməsinin əleyhinə çıxdı: İrəvan və Bakı isə...

BMT Baş Assambleyası Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ilə bağlı qətnamə qəbul edib. Avropa ölkələri və Ukraynanın hazırladığı qətnamə lehinə 93 ölkə səs verib. ABŞ, İsrail və Macarıstan da daxil olmaqla, 18 dövlət isə qətnamənin əleyhinə çıxıb. 65 ölkə (o cümlədən Ermənistan) bitərəf qalıb. Azərbaycan səsvermədə iştirak etməyib. Qətnamədə BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına uyğun olaraq, gərginliyin azaldılması, hərbi əməliyyatların sürətlə dayandırılması və Ukraynaya qarşı böyük dağıntılar və insan iztirabları, o cümlədən mülki əhali arasında itkilərə səbəb olan müharibənin sülh yolu ilə həlli tələb olunur. Qətnamədə “Rusiya Federasiyasının bütün silahlı qüvvələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmasını və Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi əməliyyatları dərhal dayandırmasını tələb edən” indiyədək qəbul edilmiş müvafiq qətnamələrin tam icrasının zəruriliyi xatırladılır.


ABŞ-nin Ukraynanın bərpasında iştirak edəcəyi sual altındadır

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ukraynanın bərpasında iştirak edəcəkmi sualını qəribə adlandırıb və faktiki olaraq ona konkret cavab verməyib: "Düşünürəm ki, bu, bir az qəribə sualdır, çünki siz ABŞ adından Ukraynanın yenidən qurulmasına töhfə verib-verməyəcəyimizi soruşmusunuz. Demək istəyirəm ki, biz artıq 350 milyard dollara yaxın yardım etmişik və məncə, bu, olduqca böyük töhfədir”.


"ABŞ vəziyyəti nizamlamaq üçün nə etməyə hazır olduğunu müzakirə etmək istəyir"

ABŞ dövlət katibi Marko Rubio deyib ki, Rusiya ilə növbəti danışıqlarda ABŞ Moskvanın Ukraynadakı münaqişənin həlli üçün nə etməyə hazır olduğunu müzakirə etməyi gözləyir. Onun sözlərinə görə, Ər-Riyadda keçirilən danışıqlarda Rusiya nümayəndələri açıq şəkildə bildiriblər ki, Moskva Ukraynadakı münaqişənin düzgün şərtlərlə bitməsində maraqlıdır: “Biz bu şərtlərin nə olduğunu müzakirə etməmişik. Beləliklə, növbəti addım müəyyən bir mərhələdə onlarla yenidən görüşmək, lazımi insanları toplamaq və münaqişəyə son qoymaq üçün Rusiyadan nə tələb olunacağını müəyyənləşdirməyə başlamaqdır. Eyni sual Ukraynaya da veriləcək”. Rubio əlavə edib ki, BMT Baş Assambleyasının qətnamələri Ukraynadakı münaqişənin həllinə kömək etmir.


Dünyada 30-a yaxın ölkə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Avropa ölkələri Ukraynanın təhlükəsizliyinin təmin edilməsi yükünü bölüşməyə hazırdır. Onun sözlərinə görə, 30-a yaxın ölkə Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsində iştirak etməyə hazırdır: “Mən 30 Avropa lideri və müttəfiqi ilə danışmışam. Onların çoxu belə bir razılaşmanın, bu və ya digər növ təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmağa hazırdır. Lakin liderlər Rusiya tərəfindən müqavilələrin mümkün pozulması ehtimalı halında ABŞ-dən həmrəylik siqnalı almaq istəyirlər”. ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Avropa qoşunlarının Ukraynaya sülhməramlı kimi göndərilməsində problem görmədiyini bildirib.


"Ukraynadakı müharibə Rusiya haqqında formalaşmış mifləri dağıtdı"



Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov deyib ki, Rusiya ilə ABŞ arasındakı sövdələşmə üçün elan edilmiş qarşılıqlı niyyət bəzi kartları açır. Ortada isə daha çox iqtisadi-ticari və qarşılıqlı investisiya imkanları ilə əməkdaşlıq modelinin müzakirə predmetinə gətirildiyini görmək olur:

 "ABŞ ilə Rusiya bu məsələdə bir-birlərinə müəyyən formada güzəşt sahəsi tanıyırlar. Bunu son açıqlamalar və bir təyinat fonundakı tendensiyalarla əlaqələndirək. ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff 2022-ci ilin əvvəlində İstanbul protokollarına istinad edərək, Rusiya və Ukrayna arasında fevralın 23-də danışıqlar üçün təklif etdi. Əgər Kiyev bu protokollara əsaslanan razılaşmanı təsdiqləsə, bu, Ukraynanın təslimiyyət sənədini tanıması olacaq. Burada fokuslanacaq başqa bir məqam odur ki, ABŞ-nin Yaxın Şərq üzrə nümayəndəsi Səudiyyə Ərəbistanında keçirilən görüşün əsas iştirakçılarından biri idi. Ehtimalla Rusiya Yaxın Şərqdə ABŞ-yə güzəşt sahəsi tanımağa hazır olmağın müqabilində Vaşinqtonu Ukrayna məsələsində əlini çəkməyin faydalarına inandırır. Rusiya Prezidenti Vladimir Putin Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyevi Prezidentin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi təyin etməsi diqqət çəkir. Nəzərə alaq ki, Dmitriyev fevralın 17-də Səudiyyə Ərəbistanında ABŞ rəsmiləri ilə görüşən Rusiya nümayəndə heyətinin tərkibində olub. Bu, Rusiyanın ABŞ-ni “anlayacaq” birini təyin etməsi ilə bağlı ABŞ-nin tələblərinə cavab olaraq ortaya çıxmış bir təyinatdır. Ukraynadakı müharibə Rusiya haqqında formalaşmış mifləri dağıtdı. Kremlin üzləşdiyi kəşfiyyat və təhlükəsizlik çətinliklərinin düşünüldüyündən də daha dərin olduğunu meydana çıxardı. Burada ən böyük hadisə Ukraynanın Kursk regionuna hərbi müdaxiləsi idi. Lakin bu, cəsarətli plan olsa da, taktiki və strateji baxımdan səmərəsiz idi. Çünki Kurskdakı hərbi əməliyyatlar nə Rusiya qoşunlarının irəliləyişinin qarşısını ala bildi, nə də ABŞ Ukraynanın bundan sonrakı qələbə planına inam bəslədi. Eyni zamanda Ukraynadakı müharibə Transatlantik fırtınaları da qızışdırdı. İndi bunun daha aşkar əlamətləri ABŞ ilə Avropa İttifaqı, ümumilikdə NATO daxilindəki fikir ayrılıqlarının dərinləşməsi faktı ilə görünür. Donald Tramp və Putin hakimiyyəti indi hazırkı durumu ABŞ ilə Rusiyanın maraqlarının nəzərə alınmasını təmin etməklə rasionallaşdırmağa çalışırlar. Bunun üçün Kremllə Ağ Ev Ukrayna üçün “sülh üsulları” axtarır. Tramp bunun üçün İkinci Dünya müharibəsindən bu yana formalaşmış Transatlantik normaları hədəfə alır. Rusiyanın isə hələlik sensasion dönüş etdiyi görünmür. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Fevral 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1197

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see163

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see130

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see114

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Şəbnəmin Böyükada Fotosessiyası

15 İyul 2025 11:57see110

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see110

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see110

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see109

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see109

Tələbə köçürməsinə start verildi

15 İyul 2025 13:45see109

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri