Icma.az
close
up
RU
ABŞ Venesuela gərginliyi artır: Narkotrafik bəhanəsi, siyasi hədəflər

ABŞ Venesuela gərginliyi artır: Narkotrafik bəhanəsi, siyasi hədəflər

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqustun 28-də ABŞ Hərbi Dəniz Qüvvələrinin Venesuela sahillərinə 8 hərbi gəmi göndərməsi ABŞ-Venesuela münasibətlərində gərginliyin artmasına səbəb olub.

ABŞ tərəfindən verilən açıqlamaya görə, hrbi gəmilərin göndərilməsində məqsəd Venesueladan daxil olan narkotrafikin dayandırılması olub. Bir neçə gün sonra isə ABŞ Hərbi Dəniz Qüvvələri Venesueladan narkotik daşıyan bir gəmini məhv edib. Bəzi ABŞ rəsmilərinə görə, Venesuela sahilləri yaxınlığında gəmiyə endirilən zərbə və gələcəkdə narkotik tacirlərinə qarşı potensial zərbələr Maduronun ətrafına təzyiq göstərəcək və onları hakimiyyət dəyişikliyi barədə düşünməyə vadar edəcək.

Vaşinqtonun atdığı addımın qarşılığında Venesuelanın verəcəyi cavab isə maraq doğurur. ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuelaya hərbi güc tətbiq edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq "Siz biləcəksiniz" cavabını verib. O, həmçinin bildirib ki, Venesuela hərbi təyyarələri Hərbi Dəniz Qüvvələrinə təhdid yaradacağı halda, ABŞ onları vuracaq.

Qarşıdakı dövrdə ABŞ-Venesuela gərginliyi daha pik səviyyəyə çata bilərmi? Hesab etmək olarmı ki, ABŞ narkotik tacirləri üzərindən siyasi gedişatlar edir?

Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

O bildirib ki, ABŞ-nin öz yaxın ətrafında qayda-qanun yaratmaq cəhdlərini əslində daha geniş planın tərkib hissəsi hesab etmək olar. Onun sözlərinə görə, məsələ ondadır ki, ABŞ Çinlə qarşıdurmaya hazırlaşır. Bu zaman Venesuela, Meksika kimi narkokartellər ölkələri ABŞ-nin ətrafında onu arxadan vura bilər:

“Bu, müxtəlif yollarla, əsasən də Çinin elə həmin qruplara dəstək verməsi ilə ola bilər. Maduro kimi ölkə başçıları Cənubi Amerikada çoxdur. Onlar ölkə daxilində narkotrafik  və narkoistehsala nəzarət edə bilmirlər, hətta bir çox hallarda istəmədən onlarla əlbir hərəkət edirlər. Çünki həmin narkokartellərin gücü az qala dövlətin gücünə bərabər olur. Onlar istədikləri vaxt ölkələrin stabilliyini poza bilirlər. Bu baxımdan da ölkə rəhbərləri onların fəaliyyətinə göz yumurlar".

Müsahibimizin fikrincə, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi havadan ola bilər. Quru ərazi ilə bunu etmək həm relyef, həm də əsgər və maliyyə baxımından praktiki olaraq mümkün deyil. Xüsusilə də Trampın ABŞ qoşunlarının xarici hərbi kampaniyalarına vəsait xərcləməsinə isti baxmadığı bir durumda bu seçim baş tutmaz.

Azər Qasımov: ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi havadan ola bilər

Politoloq bildirib ki, ABŞ ordusu Venesuela ərazisinə raket zərbələri endirə bilər. Sərhəd bölgələrində patrul çəkməklə, narkotrafiki dayandıra bilər:

“Lakin qeyd etdiyim kimi, ABŞ bununla ancaq Çinə qarşı gələcək planlarına zəmin hazırlamaq istəyir. Təbii ki, hansısa yolla narkotrafikə tamamilə mane olmaq çətin məsələdir, hətta mümkünsüzdür. Bu yolla Tramp onlara ona mane olmamaq üçün güc göstərir”.

“Hesab edirəm ki, ABŞ və Venesuela arasında qısamüddətli qarşıdurma olma ehtimalı böyükdür. Tramp öz gücünü göstərmək üçün kiçik hərbi kampaniya apara bilər", - Azər Qasımov vurğulayıb.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri