ABŞ vətəndaşı, politoloqlar və QRU hakerləri Avropa Birliyinin yeni sanksiya siyahısına kimlər düşdü?
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Dekabrın 15-də Avropa Birliyinin Şurası Rusiyaya qarşı yeni sanksiyalar elan edib.
Bakupost.az xəbər verir ki, qadağalar kiberhücumlar, dezinformasiya fəaliyyəti və sanksiyalardan yayınma ilə əlaqəli olan 17 fiziki və 6 hüquqi şəxsə şamil olunub.
Avropa Birliyinin sanksiya siyahısına ilk dəfə olaraq ABŞ vətəndaşı Florida ştatında polis rəisinin keçmiş müavini Con Mark Duqan daxil edilib. Avropa Birliyinin sənədində qeyd olunur ki, o, 2016-cı ildə Rusiyaya köçüb.
2020-ci ildən etibarən Duqanın adı Rusiya dezinformasiyasının yayılması ilə bağlı beynəlxalq araşdırmalarda hallanır. O, istintaq materiallarına görə GRU ilə əlaqəli olduğu bildirilən “CopyCop” adlı saxta xəbər saytları şəbəkəsinin idarə olunmasında şübhəli bilinir.
Avropa Birliyi həmçinin Valday Diskussiya Klubunun ekspertlərinə qarşı da məhdudiyyətlər tətbiq edib. Andrey Suşentsov, Dmitri Suslov, Fyodor Lukyanov, İvan Timofeyev və Andrey Bıstritski sanksiya siyahısına daxil edilib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Paşinyan Avropa Siyasi Birliyinin sammitinə getdi
07 Noyabr 2024 09:58
Ərdoğan Avropa Siyasi Birliyinin sammitinə gedib
07 Noyabr 2024 16:57
Azərbaycanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək
23 May 2025 17:47
Gürcüstan Avropa Birliyinin qrantlarından imtina etdi
28 Noyabr 2024 23:19
Baxış sayı:41
Bu xəbər 16 Dekabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















