ABŞ vitse prezidenti həyat yoldaşı haqqında sözlərindən sonra tənqid olundu
Icma.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens həyat yoldaşını xristian dininə gətirmək istəyi ilə bağlı sözlərindən sonra tənqid dalğasına məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Missisipi Universitetində konservativ fəal Çarli Kirkin xatirəsinə həsr olunmuş tədbirdə Vens, hindmənşəli və hinduist ailəsində böyümüş həyat yoldaşı Aşanın bir gün katolikliyi qəbul edəcəyinə ümid etdiyini bildirib.
Onun sözləri sosial şəbəkələrdə və mediada kəskin tənqidlə qarşılanıb. ABŞ-nin Hinduizm Fondunun icraçı direktoru Suhak Şukla qeyd edib ki, bu cür bəyanatlar immiqrasiya siyasətinin sərtləşdirilməsi fonunda dini azlıqların narahatlığını artırır.
Vitse-prezidentin həyat yoldaşı əri ilə bağlı sözləri ictimai şəkildə şərh etməyib. Vensin özü isə "X" sosial şəbəkəsində tənqidlərə cavab olaraq, onu həyat yoldaşının dininə etinasızlıqda ittiham edənlərin şərhini "iyrənc" və "antixristian təəssübkeşliyi" nümunəsi adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 01 Noyabr 2025 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















