Icma.az
close
up
RU
51 yaşlı Monika Belluçi gözəlliyilə gənc qızlara meydan oxuyur (FOTO)

51 yaşlı Monika Belluçi gözəlliyilə gənc qızlara meydan oxuyur (FOTO)

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Dünya şöhrətli aktrisa Monika Belluçi bu gün 51 yaşını qeyd edib. BAKU.WS-in məlumatına görə, yarım əsirlik həyat sürən Monika hələ də gözəlliyilə gənc qızlara meydan oxuyur. Tanınmış aktrisanın doğulmasında da böyük qəribəliklər olub. Onun anasının övladı olmurmuş. Həkimlərin köməkliyilə qadın Monika Belluçiyə hamilə qalıb. 1986-cı ildə Peruca Universitetinə qəbul olunan Monika təhsil haqqını ödəmək üçün pitseriyaya ofisiant kimi işə düzəlib. Sonra isə gözəl görünüşü onun karına gəlib – o, dostlarının məsləhəti ilə model agentliyində işləməyə başlayıb.

Monika 1987-ci ildə model kimi karyerasının ən yüksək zirvəsinə çatıb. O, Milandakı ən nüfuzlu model agentliyi olan "Elit"ə dəvət edilib. Təsadüf nəticəsində həmin dövrdə Moda Evinin menecerləri firmanın simvolu olacaq model axtarırlarmış. Monikanın bəxti burada da gətirib. Məhz onu "Dolce and Gabbana"nın rəsmi siması seçiblər. Məşhur modelyerlərlə iş tezliklə öz bəhrəsini verib – Monika Beluççi tez-tez moda jurnallarının üz qabığında peyda olmağa başlayıb.

Paralel olaraq onun kino həyatı başlayıb. Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı 1992-ci ildə onu moda jurnallarından birində görüb və Monika "Brem Stokerin Drakulası" filmində kiçik rol alıb. Bu filmdən sonra onu ABŞ-da da tanıyıblar.

Monika Beluççi İtaliyan filmlərindən başqa, fransız filmlərində də rollar alıb. Bunların arasında "Mənzil", "Doberman" və "Qurd qardaşlığı" filmlərini göstərmək olar.

"Mənzil" filmi ona aktrisa kimi ilk uğurunu gətirib. Monika bu filmdəki roluna görə Avropanın nüfuzlu "Sezar" mükafatına nominant kimi irəli sürülüb. Həmin filmdə Monika sonradan ailə həyata qurduğu məşhur aktyor Vensan Kassellə tərəf müqabili olub. 1997-ci ildə çəkilən "Doberman" filmində Beluççi lal-kar qadın rolunu oynayıb. Bu film onun həyatında ilk ciddi sınağa çevrilib. Vensan Kassellə nikah isə onun əsl böyük kinoya yolunu açıb.

2001-ci ildə Monikanın iştirakı ilə ekrana 2 film – "Qurd qardaşlığı" və "Malena" çıxıb. O, "Malena"da növbəti dəfə bütün kişilərin arzuladığı qadın obrazını canlandırıb. Film 14 dəfə müxtəlif mükafatlar, o cümlədən "Qızıl qlobus" almağa namizəd kimi irəli sürülüb.

2002-ci il Kann kinofestivalının sensasiyası isə Qaspar Noenin "Geridönməzlik" filmi olub. Filmdə Monikanın iştirakı ilə 9 dəqiqəlik zorakılıq səhnəsi tamaşaçıların neqativ reaksiyasına səbəb olub. Onların bir hissəsi ilk premyera günü zalı tərk edib.

Monika Belluççi artıq 50-dən çox filmə çəkilib. Onun bu filmlərdə tərəf müqabilləri Entoni Hopkins, Cin Hekman, Şon Konneri, Bryus Uills kimi şəxslər olub. O, "Matritsa" filminin ikinci və üçüncü hissələrində isə Kianu Rivzlə bir yerdə çəkilib.

Monika Beluççi "Pirelli" təqvimi üçün 2 dəfə çəkilən azsaylı modellərdən biridir. O, 2001-ci ildən etibarən "Cartier" zərgərlik evinin simasıdır. 1999-cu ildə Monika Belluççi və Vensan Kassel evləniblər. Onların tanışlığı isə 1996-cı ilə təsadüf edir. O zaman Beluççi və Kassel "Mənzilcik" (L appartement) filmində çəkiliblər. Evlilikdən 3 il sonra isə onlar "Geridönməzlik" (Irreversible) filmində tərəf müqabili olublar. 2004-cü ildə cütlüyün Deva, 2010-cu ildə isə Leoni adlı qızları doğulub[1]. Cütlük 2013-cü ilin avqustunda boşanıb

Ziya Səccad BAKU.WS

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Fevral 2026 04:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see241

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see166

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see160

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri