Icma.az
close
up
RU
ABŞ yaxın aylarda bu NATO üzvünə hücum edə bilər MƏNBƏ

ABŞ yaxın aylarda bu NATO üzvünə hücum edə bilər MƏNBƏ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ yaxın aylar ərzində Qrenlandiya adası üzərində nəzarəti ələ keçirməyə cəhd edə bilər.

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri xəbər verir. 

Məlumata görə, bunun noyabr ayında Konqresə keçiriləcək aralıq seçkiləri və 4 iyulda keçiriləcək Amerika müstəqilliyinin 250 illiyi ərəfəsində baş verə biləcəyi təxmin edilir.

Nəşr qeyd edir ki, Qrenlandiyaya gəldikdə, ABŞ Venesuelada istifadə edilən metodlardan fərqli addımlar ata bilər. "Vaşinqton hərbi əməliyyat əvəzinə, mövcud tarazlığı dəyişdirmək üçün 'siyasi təsir kampaniyasına' əl ata bilər", - deyə Avrasiya Qrup analitik mərkəzinin Avropa ofisinin idarəedici direktoru Müctəba Rəhman bildirib.

Ötən həftə sonu "Atlantic"-ə verdiyi müsahibədə ABŞ prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarəti ələ keçirmək niyyətini təsdiqləyib. O, adanın "Rusiya və Çin gəmiləri" ilə əhatə olunduğunu təsvir edərək "Bizə mütləq Qrenlandiya lazımdır" deyib.

Danimarkanın Baş naziri Mette Frederiksen isə ABŞ liderinin Qrenlandiya iddialarına cavab olaraq "Təəssüflə, düşünürəm ki, Amerika prezidenti Qrenlandiyanı istədiyini deyəndə ciddiyə alınmalıdır",-deyə xəbərə reaksiya verib. Onun sözlərinə görə, əgər ABŞ başqa bir NATO ölkəsinə hücum edərsə, hər şey dayanacaq.

Xatırladaq ki, dünyanın ən böyük adası sayılan Qrenlandiya NATO üzvü olan Danimarka Krallığının tərkibində müxtariyyətə malikdir. Ada sakinləri Danimarka və Avropa Birliyi vətəndaşlığı daşıyır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:494
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Yanvar 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri