Icma.az
close
up
RU
ABŞ yenidən Ermənistanı Rusiyadan qoparmaq niyyətinə düşüb: Ağ Ev Qafqazı kobud müdaxilə ilə qarışdırmağa çalışır

ABŞ yenidən Ermənistanı Rusiyadan qoparmaq niyyətinə düşüb: Ağ Ev Qafqazı kobud müdaxilə ilə qarışdırmağa çalışır

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Cənubi Qafqaz müxtəlif qlobal güc mərkəzlərinin maraq dairəsində yerləşdiyindən, ABŞ-ın yenidən kobud müdaxiləsi geopolitik balansı pozmaqla yanaşı, lokal sabitliyi də təhlükə altına sala biləcək faktordur... Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin yenidən ikitərəfli təmaslar formatından çıxarılıb qəlizləşdirilməsi, uzunmüddətli sabitlik əvəzinə, daha ağır hərbi-siyasi qarşıdurma mühitinin yaranmasına səbəb ola bilər...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması XXI əsrin ilk onilliyindən etibarən, beynəlxalq gündəmdə strateji əhəmiyyət kəsb edən mövzuların sırasına daxildir. Bu regionda uzun onilliklər boyu davam etmiş münaqişənin aktiv fazası 2020-ci ildə Azərbaycanın Ermənistan üzərində tarixi hərbi zəfəri ilə nəticələnib. Ondan sonrakı mərhələdə isə Azərbaycan və Ermənistan arasında məhz ikitərəfli formatda birbaşa təmaslar sayəsində yekun sülh sazişinin mətni tam şəkildə razılaşdırılıb. Və bu, Cənubi Qafqazda geopolitik maraqları olan kənar güclərin müdaxiləsi olmadan sülh prosesinin daha effektiv nəticələr verdiyini təsdiqləyir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın dövlət katibi Marko Rubionun bu regiona yönəlik son açıqlamalarl mövcud pozitiv geopolitik dinamikanın xarici müdaxilə ilə yeni istiqamətlərə yönələ biləcəyi ilə bağlı ehtimalı tədricən ön plana çıxarır. Belə ki, dövlət katibi Marko Rubio ABŞ Konqresində keçirilən dinləmələrdə Ermənistan və Azərbaycan arasında yeni münaqişə riskinin real olduğunu bildirib. Ağ Ev rəsmisi ABŞ-ın əsas diqqətinin hazırda Azərbaycan və Ermənistan arasında sülhün baş tutmasına yönəldiyini dı vurğulayıb.

ABŞ dövlət katibi bildirib ki, Ağ Evin qarşısını almağa çalışdığı real bir münaqişə riski mövcuddur. Onun fikrincə, Ağ Ev hazırda bu silahlı toqquşma riskinin qarşısını almaq üçün çox fəal şəkildə nələrsə etməyə çalışır. Marko Rubio onu da əlavə edib ki, bu danışıqlar kontekstində Azərbaycanla bağlı məhbuslar və insan hüquqları məsələləri həlledici əhəmiyyət kəsb edir. 907-ci düzəlişin dayandırılması ilə bağlı mövqeyi barədə suala cavab olaraq isə o, bildirib ki, Tramp administrasiyası bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul etməyib. Və bu, ən azından, ermənipərəst mövqeyi ilə tanınan ABŞ dövlət katibi Marko Rubionun qətiyyən tərifsiz olmadığını açıq-aşkar biruzə verir.

Maraqlıdır ki, ABŞ-ın Cənubi Qafqaz siyasəti post-sovet dövründə daha çox enerji təhlükəsizliyi və Rusiya təsirinin neytrallaşdırılması kontekstində formalaşıb. Bayden administrasiyası dövründə isə Ermənistanla ifrat yaxınlaşma və Konqresdə erməni lobbisinin güclü təsiri, ABŞ-ın regional siyasətində tərəfli mövqe tutmasını şərtləndirib. Və indi Marko Rubionun Ermənistan və Azərbaycan arasında “münaqişə riski”ni qabartması, ABŞ-ın fəal işlədiyini bildirməsi, Ağ Evin bu regionda yeni geopolitik hədəflərindən xəbər verir.

Ancaq hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesi əsasən birbaşa təmaslara əsaslanır. Bu format, prosesə daha az siyasi manipulyasiya və daha çox reallığa əsaslanan müzakirə imkanı yaradır. ABŞ-ın bu şəraitdə təşəbbüsü ələ almaq cəhdi, sülh prosesini yenidən qəlizləşdirə və kənar geopolitik maraqların girovuna çevirə bilər. Belə ki, bu, Azərbaycan və Ermənistan arasında yenicə yaranmaqda olan etimad mühitini zədələyər. Rusiya və İran kimi regional güclərin sərt reaksiya vermə ehtimalını da artırar.

Digər tərəfdən ABŞ-ın “tərəfsiz moderator” potensialı da ciddi şübhə altındadır. Çünki Bayden administrasiyası dövründə Ağ Ev birmənalı şəkildə ermənipərəst mövqedən çıxış edib. İndi Cənubi Qafqazda münaqişə riski icad edən dövlət katibi Marko Rubionun da ermənipərəst olması ABŞ-ın vasitəçilik missiyasının tərəflərdən biri - Azərbaycan üçün qeyri-obyektiv məzmun daşıya biləcəyi ilə bağlı ehtimalı gücləndirir.

Çünki dövlət katibi Marko Rubionun açıqlamasında “insan hüquqları” və “907-ci düzəlişin dayandırılması” məsələlərinin qeyd edilməsi, ABŞ-ın Cənubi Qafqazda yalnız sülh təşəbbüsü kontekstində deyil, təzyiq alətləri ilə mövqe tutmaq niyyətində olduğunu göstərir. Bu isə Azərbaycan üçün sülh prosesinin milli təhlükəsiz və suveren hüquqlar çərçivəsində inkişaf istiqamətlərindən uzaqlaşdırma ehtimalının ön plana keçmə anlamı daşıya bilər.

Eyni zamanda, dövlət katibi Marko Rubionun açıqlaması yenidən Rusiyanın orbitinə geri dönüş mesajları verən Ermənistanın Qərb inteqrasiya kursuna daha sıx bağlanmasına yönəlik siyasi-diplomatik zəmin hazırlamaq məqsədi də daşıyır. Ona görə də, erməni lobbisinin və ermənipərəst dövlət katibinin manevrləri ilə ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesinə fəal müdaxilə etməsi, Ağ Evin sülhə dəstək vermısindən daha çox, yeni geopolitik risklərin yaranmasına yol açması ilə nəticələnə bilər.

Çünki Cənubi Qafqaz regionu müxtəlif qlobal güc mərkəzlərinin maraq dairəsində yerləşdiyindən, hər hansı kənar kobud müdaxilə geopolitik balansı pozmaqla yanaşı, lokal sabitliyi də təhlükə altına sala biləcək faktordur. Bu baxımdan, sülh prosesi daha çox regional sahibliyə əsaslanmalı, ABŞ və digər qlobal aktorlar isə bu prosesi dəstəkləyici və texniki vasitəçilik formatında müşayiət etməlidirlər. Əks təqdirdə, sülh prosesinin yenidən ikitərəfli təmaslar formatından çıxarılıb qəlizləşdirilməsi, uzunmüddətli sabitlik əvəzinə, daha ağır hərbi-siyasi qarşıdurma mühitinin yaranmasına səbəb ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 May 2025 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri